Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

E-dərslik portalına milyondan çox giriş sayı

 



"Google Analytics"in 2020-ci il dekabr ayının statistik göstəricilərinə əsasən, elektron dərslik portalı (e-derslik.edu.az) Azərbaycanda ən çox müraciət olunan internet resursları sırasında 22-ci yerdədir.  Təkcə ötən ilin dekabr ayı üzrə portalın aktiv istifadəçi sayı 420 min, ümumi giriş sessiyalarının sayı isə 1,4 milyonu əhatə edib.

Portala ən çox giriş edən ölkələr ABŞ, Almaniya, Birləşmiş Krallıq, Niderland, Fransa, Rusiya, Ukrayna, Polşa, Türkiyə, ölkədaxili regionlarımız isə Bakı, Sumqayıt, Gəncə şəhərləridir.

Hazırda portalda ümumi və peşə  təhsili  üzrə 600-ə yaxın elektron dərslik mövcuddur. Bu dərsliklər video, qrafika  və digər multimedia vasitələri ilə zənginləşdirilib.

Daha geniş məlumat infoqrafikalarda təqdim edilir: