Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-100: Magistr dissertasiyalarının onlayn müdafiəsinin 60%-i yekunlaşıb

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) magistr dissertasiyalarının müdafiəsinin artıq 60 faizi yekunlaşıb. İyunun 19-dan start götürən dissertasiya müdafiələri ölkədə koronavirus (COVİD-19) epidemiyasının yayılmasına qarşı aparılan tədbirlər planına uyğun olaraq Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən onlayn formatda keçirilir. Bu il ADNSU-da 495 nəfər tələbə magistr təhsil pilləsini başa vurur. Müdafiələrdə hər bir ixtisas üzrə yaradılan komissiya üzvləri ilə yanaşı, universitetin prorektorları - tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Elmi işlər üzrə prorektor, professor Rauf Əliyarov və Magistraturanın dekanı, dosent Əzizağa Qurbanov  da iştirak edirlər.
Qeyd edək ki, onlayn müdafiələrin keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan hər hansı bir problem yaranmayıb. Dissertasiya müdafiələri iyulun 8-də yekunlaşacaq. Müdafiələrdə texniki və ya hər hansı bir səbəbdən iştirak edə bilməyən, həmçinin, dissertasiyaları hazır olmayan magistrlər üçün 2020-ci il sentyabr ayında yenidən dissertasiya müdafiələri təşkil olunacaq.
 


Tarix: 1-07-2020, 19:48

Xəbəri paylaş