Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib


 

İyunun 19-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirilib.
Ölkədə koronavirus epidemiyasının yayılmasına qarşı görülən tədbirlər planına uyğun olaraq anım mərasimi sosial məsafənin qorunması, tibbi maskalardan istifadə və digər zəruri qaydaların gözlənilməsi şəraitində az sayda şəxsin iştirakı ilə keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı qəhrəmanımızın universitetdə ucaldılan abidəsi önünə gül dəstəsi qoyub. O, M.İbrahimovun həyat yolundan, igidliyindən danışıraq belə qəhərəmanlarımızın hər bir gənc üçün örnək olduğunu bildirib. Qeyd edib ki, M. İbrahimov bütün Azərbaycan gənclərinə əbədi qələbə və Vətənə sonsuz məhəbbət aşılayıb. Onun adı Azərbaycan xalqı tərəfindən hər zaman uca tutulacaq, ruhu daim yad ediləcək.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə Milli Qəhrəman Mübariz İbrahimovun nümunəvi döyüş yolundan, hərb sənətinə, Vətənə olan sevgisindən danışıb. Bildirib ki, M.İbrahimov igidliyi ilə  gənclərimizin və ordumuzun qüdrətini bir daha hər kəsə sübut etdi.
Bəli, qəhrəman oğularımızın xatirəsinin daim yad edilməsi, onların döyüş yolu, nümunəvi xidmətləri və göstərdikləri şücaət gənclərimiz üçün bir məktəbdir. Artıq ənənəvi olaraq bir neçə ildir ki, ADNSU-da keçirilən Milli Qəhrəman Mübariz İbrahimovun anım tədbirləri də bu baxımdan çox önəmlidir, tələbə və gənclərimizdə hərbi vətənpərvərlik duyğularının aşılanmasında xüsusi rol oynayır.шаблоны для dle 11.2