Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək


“Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi “Yenidən doğulan torpağın övladları” adlı yaradıcılıq master-klasları layihəsinin icrasına başlayıb.
Təşəbbüsün əsas məqsədi Qarabağda və Şərqi Zəngəzurda doğma yurdlarına qayıdan uşaqların asudə vaxtını səmərəli və məzmunlu təşkil etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaqdır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində tədbirlər Cəbrayıl rayonunun Horovlu kəndində təşkil olunacaq və ustad dərslərinə ətraf ərazilərdə yaşayan gənclər cəlb ediləcək.
Layihə çərçivəsində təşkil olunacaq proqram beş əsas istiqaməti əhatə edir:
- bədii təxəyyülü inkişaf etdirən rəsm;
- mütaliə və yazı bacarıqlarını formalaşdıran ədəbiyyat;
- səhnə nitqini və sosial inteqrasiyanı inkişaf etdirən teatr;
- mənəvi rahatlıq bəxş edən musiqi;
- eləcə də fiziki və ruhi sağlamlığı təşviq edən sağlam həyat tərzi.
Təlimlər uşaqların, gənclərin yaradıcılıq qabiliyyətlərini artırmaqla yanaşı, onların sosiallaşmalarına və sağlam həyat tərzi mənimsəmələrinə dəstək verəcək.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.


Tarix: Bu gün, 10:32

Xəbəri paylaş