Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Memarlıq və İnşaat Universitetində “İtalyansayağı dizayn günü” keçirilib

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində İtaliyanın Azərbaycandakı səfirliyi və İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının təşəbbüsü ilə “Italy’s Design Day-İtal­yansayağı Dizayn Günü” adlı tədbir keçirilib. Tədbirdə İtaliyanın Azərbay­candakı səfiri Campaolo Kutillo, İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (ICE) Bakı ofisinin direktoru Luigi D’Aprea, dəvət olunmuş italyan memar Luca Molinari, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə və başqaları iştirak edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Belə mühüm bir tədbirin AzMİU-da keçirilməsi üçün təşkilatçılara təşəkkürünü bildirən rektor bunu Azərbaycan - İtaliya dostluğunun təzahürü kimi dəyərləndirib.
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo qeyd edib ki, İtaliya Dizaynı Günü bu il ilk dəfə dünyanın 35-dən çox şəhərində keçirilir. Masterklasın keçiriləcəyi şəhərlər arasında Bakı, Barselona, Berlin, Çikaqo, Dubay, London, Meksika, Ma­yami, Milan, Moskva, Nyu-York, Paris, Pekin, Seul, Şanxay, Tehran, Təl-Əviv, Tokio, Toronto və s. şəhərlər də vardır. Səfir vurğulayıb ki, bütün dünyada İtalyansayağı Dizayn Günü çərçivəsində “Made in Italy” adı ilə keçiriləcək layihədə italyan memarlıq və dizayn sahəsinin sirləri, tarixi, özünəməxsusluğu, innovasiyası, istifadə olunan materialların keyfiyyəti, ekoloji cəhətdən zərərsizliyi müzakirə olunur.
Tədbirdə İtaliyanın dövlət televiziyası RAI1 tərəfindən masterklasa həsr olunan video nümayiş etdirilib.
  Müzakirənin sonunda qonaq­lar iştirakçıları maraqlandıran sualları cavablandırıblar, mas­terklasın hər il keçirilməsi, bundan əlavə, italyan tikinti materiallarının nümayiş olunacağı sərginin təşkili nəzərdə tutulub.


Tarix: 11-04-2017, 12:18

Xəbəri paylaş