Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil nazirinin müavini Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub

 

Təhsil nazirinin müavini Mətin Eynullayevin rəhbərliyi ilə 16 ali təhsil müəssisəsini təmsil edən nümayəndə heyəti 17-19 may 2017-ci il tarixlərində Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub.
Forumun açılış mərasimində təhsil nazirinin müavini Mətin Eynullayev, Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, habelə assosiasiyanın həmsədrləri olan Sumqayıt Dövlət Universiteti və Ufa Dövlət Neft Texniki Universitetinin rektorları çıxış ediblər.
Açılış mərasimindən sonra assosiasiya çərçivəsində görülən işlər və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Forum çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb, nümayəndə heyəti Başqırdıstan Respublikasının ali təhsil müəssisələrinin imkanları ilə tanış olub.
Səfər zamanı təhsil nazirinin müavini Mətin Eynullayev Başqırdıstan Respublikasının rəhbəri Rustem Xamitovla görüşüb. Görüşdə, həmçinin Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, Başqırdıstan Respublikasının təhsil naziri Gulnaz Şafikova iştirak edib.
Görüşdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində əməkdaşlıq, Başqırdıstan və Azərbaycan ali təhsil müəsisələri arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub. Başqırdıstan tərəfi Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlarla yaxından tanış olmaq arzusunu ifadə edib.
  Nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin fəaliyyəti ilə tanış olub. Daha sonra Başqırdıstan Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.


Tarix: 6-06-2017, 10:55

Xəbəri paylaş