Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun yeni startap layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib

 
   
Yanvarın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəbin yeni startap layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor və müəllim heyəti, həmçinin yerli və Ukraynadan olan qonaqlar iştirak edib.
Tədbirdə ADNSU-nun Ukraynadakı tərəfdaşı olan Sikorski Çəlleng biznes inkubatoru ilə birgə startap layihəsinin kütləvi istehsalına başlandığı elan olunub. Rektor, professor M.Babanlı ADNSU Startap məktəbinin Kiyev Texniki Universiteti ilə birgə yaratdığı startap məhsulundan danışıb.
“Multivizorlar bu il ADNSU-nun startap layihəsi çərçivəsində təqdim etmək istədiyi 4 məhsuldan biridir. Multifunksionallığı ilə yeni məhsulumuz bizi qane edir. Lakin əmək bazarının tələblərinə və tələbata uyğun olaraq bu məhsulu təkmilləşdirmək mümkündür”, - deyə rektor M.Babanlı bildirib.
“eAzi Start” Startap məktəbinin ukraynalı mentoru İqor Peer yeni ərsəyə gətirdikləri məhsulun xüsusiyyətləri, istifadə olunacaq sahələr və funksiyaları ilə bağlı tədbir iştirakçılarına məlumat verib, onun özəlliklərindən danışıb. O, həmçinin “Made in Azerbaijan” brendi altında bu cür məhsulun yaradılmasının önəmini vurğulayıb.
“Mən ümid edirəm ki, biz belə bir məhsul yaratmaqla doğru yoldayıq və bu bizim ilk inkubator məhsulumuzdur. Multivizorlar proyeksiyalar və monitorlar sahəsində innovativ bir məhsuldur. Biz hətta onun əsasında müəyyən dəyişikliklər də edə bilərik. Məhsulun özəlliklərinə gəldikdə isə, multifunksionallığı və proyeksiya olunan ekrana malik olması ən böyük üstünlükləridir”,- deyə İ.Peer bildirib.
Tədbirdə “multivizorlar” haqqında videotəqdimat nümayiş olunub və məhsul barədə geniş məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ADNSU-nun startap layihəsi olan multivizorların universitetdə kütləvi istehsalına başlanması nəzərdə tutulub. Multivizorlar hazırda mövcud proyeksiyalar və monitorların həll edə bilmədiyi məsələlərlə bağlı innovativ həll yolu təklif edir. Yeni məhsul həmçinin sənayedə, təhsil, tibb, əyləncə və bu kimi digər sahələrdə istifadə oluna biləcək innovativ məhsuldur.

Mətbuat xidmətiшаблоны для dle 11.2