Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AZCON Mühəndislik və Texnologiya Məktəbi çərçivəsində sənaye sektoru ilə sıx əməkdaşlığın qurulması da nəzərdə tutulur




İstər xaricdə təhsil imkanlarının genişlənməsi, istərsə də beynəlxalq universitetlərin Azərbaycanda proqramlar təqdim etməsi baxımından gənclərimiz üçün yaranan fürsətlər ildən-ilə artır. Bu gün AZCON Holdinq, Azərbaycan Texniki Universiteti və Münxen Texniki Universitetinin əməkdaşlığı ilə yaradılan AZCON Mühəndislik və Texnologiya Məktəbi (ASSET) isə öz fərqli yanaşması ilə seçilir. Burada ən müasir məzmun, xüsusilə süni intellekt, kibertəhlükəsizlik və kompüter elmləri sahələrində innovativ tədris proqramlarının tətbiqi ilə yanaşı, mühəndislik və sənaye sektoru ilə sıx əməkdaşlığın qurulması da nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli söyləyib.
Nazir müavini bildirib ki, məktəbin əsas fərqləndirici xüsusiyyətləri sırasında müəllim heyəti, tədris metodologiyası və məzunlar üçün yaradılacaq gələcək karyera imkanları xüsusi yer tutur: “Bu proqramın genişləndirilməsi və məktəbin inkişafı gənclərimizə ölkə daxilində dünyanın aparıcı universitetlərinin səviyyəsində təhsil almaq imkanı yaradacaq. Elm və Təhsil Nazirliyi bu təşəbbüsü daim dəstəkləyəcək və onun uğurlarını birlikdə qeyd edəcək”.


Tarix: Bu gün, 12:04

Xəbəri paylaş