Azərbaycanda mühəndislik və texnologiya üzrə yeni universitet yaradılacaq
“Bu ildən İspaniyanın ICON şirkəti ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik, süni intellekt və data elmləri istiqamətində “bootcamp” proqramlarına start verilib”.
Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.
Rəşad Nəbiyev qeyd edib ki, AZCON və qrupa daxil olan şirkətlər tərəfindən qabaqcıl universitetlərin tələbələrinin təcrübə keçməsi üçün də imkanlar yaradılıb.
Əməkdaşlığın növbəti mərhələsi kimi AZCON Mühəndislik və Texnologiya Məktəbinin yaradılması nəzərdə tutulur. Bu məktəbi digər ali təhsil müəssisələrindən fərqləndirən əsas xüsusiyyət tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara da yiyələnməsidir.
Rəşad Nəbiyev bildirib ki, AZCON burada yalnız sponsor qismində çıxış etməyəcək, eyni zamanda tədris proqramlarının – kurikulumların hazırlanmasında birbaşa iştirak edən tərəf olacaq.
“Azərbaycan müəllimi”
Tarix: Bu gün, 10:36
