Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADPU-nun Şəki filialı- tarixə çevrilmiş otuz il


 

F.İbrahimov, 

ADPU-nun Şəki filialının  Təbiət fənləri və onların tədrisi metodikası 

kafedrasının müdiri, elmlər doktoru, professor, 

Əməkdar müəllim,

Azərbaycan Milli Elmlər Akademiyası Şəki REM-in baş elmi işçisi

 

Açar sözlər: təhsil müəssisəsi; idarəetmə funksiyaları; təhsil proqramları, fundamental və peşə hazırlığı; keyfiyyət təminatı;  monitorinq və qiymətləndirmə.

Key words: educational institution; management functions; educational prog­rams, fundamental and professional preparation; quality guarantee;  monitoring and estimation.

Klöçevıe slova: obrazovatelğnoe uçrejdenie; funk­üii upravleniə; obra­zo­vatelğ­nıe proqrammı; fundamentalğnaə i professionalğnaə podqotovka; qarantiə kaçestva; monitorinq i oüenivovanie.

Məqalənin məzmununa professor Misir Mərdanovun “Təhsil tarixi” kitabında özünə yer alan, Bakı Dövlət Universiteti ilə bağlı bir parçanı proloq qismində daxil etməyi məqbul saydım. Əslində bununla xanlıq mərkəzlərindən biri olmuş, hələ keçən əsrin 50-ci illərində müstəqil Şəki İkiillik Müəllimlər İnstitutunun yetirmələri sayəsində Azərbaycanımızda elmin və təhsilin inkişafına tohfəsini vermiş Şəki ilə bağlı kövrək hisslərimin varlığına ehyam vurmaq istədim...Professor Misir müəllim belə yazır: “Bakı Dövlət Universitetinin şanlı tarixinin ən böyük nailiyyətlərindən biri bu təhsil ocağının Azərbaycan xalqının təfəkkür və düşüncəsində ən yüksək statusa yiyələnməsi sayıla bilər. Bildiyimiz kimi, Bakı Dövlət Universiteti uzun illər (keçən əsrin 50-ci illərinədək) rəsmən “darülfunun” adlansa da, xalq onu “universitet” adı ilə qavrayıb, bu adla tanıyıb.Əslində dilimizdə “universitet” termini Bakı Dövlət Universitetinin yaranması ilə  vətəndaşlıq hüququ qazanıb. Bu gün Azərbaycanda  çoxsaylı universitetlər olsa da, xalqımız “universitet” deyəndə Bakı Dövlət Universitetini nəzərdə tutur...” [2]. Burada analoji yanaşmaya dayanaraq səslənmək istəyirəm ki, 30 yaşlı ( bəlkə də 49 yaşlı... Axı, bu filialın bazasında Azərbaycanda Xalq Maarifinin inkişafının yaxşılaşdırması məqsədini daşıyan tədbirlərin sırasında özünə yer alan  və 1982-ci ildən fəaliyyətə başlamış təhsil strukturu da vardır!...) bu təhsil müəssisəsinin də adı Şimal-Qərb zonasında yaşayan adamların aktiv söz lüğətində “Şəki Universiteti” kimi özünə yer alıbdır (Unutmayaq ki, məhz dəyərli mövcudiyyət mənəvi şəkildə əxz edilir və elin aktiv lüğətinə daxil olur), Şəkinin “Dodu məhəlləsi”ndə əksər ünvanların məchul koordinatları “Şəki Universiteti”nə əsasən müəyyən olunur, hətta uyğun marşrut xəttində şütüyən nəqliyyat vasitələrinin üzərində də “Universitet” sözünün həkk olunduğunu görmək çətin deyildir...

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fər­manı ilə Bakı Dövlət Universitetinin Şəki filialının (yeri gəlmişkən, onu da  vurğulayım  ki, 1991-ci ildə Şəki filialı ilə yanaşı, el-obasına sayqılı münasibəti ilə seçilən insanların məskunlaşdığı, Azərbaycanın subtropik təbiətli coğrafi küşəsi olan Ləkəranda da digər bir filial açılmışdı.) və Baş Pedaqoji Kadr­ların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki fili­alı­nın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradıl­mış­dır. 2000-2002-ci illərdə AMİ-nin Şəki filialında yalnız 2 ixtisas üzrə (“İbtidai təhsilin pedaqogikası və metodikası”, “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası”) tələbə qəbulu həyata keçirilmiş, 2003-cü ildən “Azərbaycan di­li və ədəbiyyatı”, “Xarici dil (İngilis dili)”, “Tarix və coğrafiya”, “Ri­yaziy­yat və fizika” ixtisasları olmaqla 4 əlavə  ixtisas üzrə tələbə qəbulu aparılmış, ixti­sasların sayı 6-ya, qəbul olunan tələbələrin sayı isə 200-ə çatdırılmışdır. 2009-cu ildən filialda “Riyaziyyat və fizika” ixtisası əvəzinə “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə qəbul aparılmış, 2011-ci ildən “Təhsildə sosial-psixoloji xidmət”, 2012-ci ildən “Xarici dil (Fransız dili) müəllimliyi” kimi iki yeni ixtisasa da tələbə qəbulu həyata  keçirilmişdir. 2002-ci ildə  filialda Əlavə təhsil şöbəsi, Fəal təlim metodları və dayaq məntəqələri ilə iş, Əlavə təhsil kabinetləri, 2008-ci ildən Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti, Kompüter mərkəzi yara­dıl­mışdır. AMİ-nin Şəki filialında  ali təhsilin bakalavriat pilləsi ilə yanaşı, 2001-2013-cü illərdə yenidənhazırlanma, 2001-2015-ci illərdə isə ixtisasartırma təhsili sahəsində kadr hazırlığı aparılmışdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə AMİ və onun filialları ilə birgə Şəki filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmuş və onun tabeliyinə verilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı adlandırılmışdır.

Şəki filialının fəaliyyətinə diqqəti çəkən məxsusi çalarlar mövcuddur. Hansı ki, bunlar kompleks hala gələrək təhsialanın bilavasitə və bilvasitə mütəxəssis kimi hazırlıq səviyyəsinin yüksəlməsinə əsas yaradır, onların iş yeri və karyera əldə etməsini, magistratura yolu ilə təhsil almalarını şərtləndirən baş amil rolunu oynayır.

Bu təhsil müəssisəsində idarəetmənin müəssisənin nizamnaməsinin tələblərinə uyğunluğu, hazırlanmış tədris sənədlərinin mövcud qanunvericiliyə adekvatlılığı, müəssisəsinin struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin təşkili və idarə edilməsinin 4 funksiyasının (qiymətləndirmə, tənzimləmə, informasiya təminatı, nəzarət) həyata keçirilməsi vəziyyəti diqqətdən kənarda saxlanılmır. Filialda tədris planlarında olan fənlərin və onların proqramlarının məzmununun dövlət təhsil standartlarının tələblərinə, tədris olunan fənlərə ayrılmış saatların miqdarının tədris planlarına uyğunluğuna, tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələrinin kifayət qədər olub-olmamasına, müasirliyinə tələbkar yanaşma sərgilənir. Bu məqsədlə fənn proqramlarında tövsiyə olunan tədris-metodik vəsaitlər və onların nüsxələrinin mövcud normalara uyğun kitabxana fondunda olmasına, tədris planında nəzərdə tutulmuş fənlər üzrə proqram təminatına, təhsil müəssisəsinin beynəlxalq informasiya şəbəkəsinə çıxışına, tədris-metodik materialların, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər və dərs vəsaitləriin hazırlanmasına, təhsilalanların kurs işlərinin, təcrübələrin (istehsalat və pedaqoji) aparılmasına dair sənədlər, məzunların buraxılış işlərinin və Yekun Dövlət Attestasiya İmtahanlarının (buraxılış imtahanlarının) nəticələriin tənqidi təhlilinə xüsusi önəm verilir.[1]. 

Ədalət naminə vurğulamaq istəyirəm ki, Şəki filialının əməkdaşları tərəfindn tədris prosesinin təşkilinin tədris planlarına uyğunluğunun, təhsilalanların fəallığını artıran yeni təlim, texnologiya və metodların tətbiqinin, təhsilalanların elmi tədqiqat işlərinin təşkilinin, tədris-laboratoriya bazasının mövcud tələblərə uyğunluğunun, tədris prosesində yeni informasiya texnologiyalarının və hesablama texnikasının tətbiqnin gerçək­ləşdirməsi zəruri vəzifələr kimi dərk olunur. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti ayrı-ayrı proqramlar üzrə təhsilalanların imtahanlarının, buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının  təhlili əsasında müəyyən edilir. Bu zaman ayrı-ayrı təhsil proqramlarının, kadr təminatının, maddi-texniki bazanın, beynəlxalq əməkdaşlığın, sosial-məişət şəraitinin təhlili də diqqətdən  kənarda saxlanılmır. Təhsilalanların müvafiq proq­ramları mənimsəmə səviyyəsi və təhsil proqramları üzrə hazırlığının keyfiyyəti müəyyən meyarlar əsasında  müəyyənləşdirilir. Belə ki, təhsilalanların imtahanlarının, təhsil müəssisəsinin keçirdiyi monitorinqin (buraxılış qruplarında təhsilalanların bilik səviyyəsi təhsil müəssisəsində hazırlanmış suallar əsasında müəyyənləşdirilir və qiymətləndirilir), məzunların buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının nəticələri (buraxılış işlərinin mövzularının təhlili, onların məzmununun təhsil proq­ram­larının profilinə uyğunluğu, dövlət və ya buraxılış imtahanlarının təşkili və keçirilməsi), təhsil proqramları üzrə aparılan hazırlığa dair şikayətlərin (təhsilalanların, idarə və təşkilatların və sair) olub-olmaması əsas götürülür. [3, s.346-352].

Şəki filialında tədris prosesi ilə əməkdaşların pedaqoji elmi tədqiqat  fəaliyyətinin vahidin təfləri kimi birləşdirilməsinə xüsusi dəyər verilir. Bu təhsil müəssisəsində elmi tədqiqat fəaliyyəti müəyyənləşdirilərkən elmi tədqiqat işlərinin vəziyyəti, inkişaf dinamikası və mütəxəssis hazırlığının profilinə uyğunluğu, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, elmi tədqiqat işlərinin maliyyə mənbələrinin təhlili, təhsil proqramları üzrə elmi tədqiqat işlərinin təşkilinin vəziyyəti, aparılan elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris ədəbiyyatlarının nəşri, elmi-pedaqoji kadrların hazırlanmasıvəs), təhsiverənlərin və təhsilalanların elmi tədqiqat işlərində iştirakı,elmi-metodik və praktik konfransların keçirilməsi, təhsil müəssisəsinin beynəlxalq və respublika müsabiqələrində, sərgilərində iştirakı nəzərə alınır:

Şəki filialında  başlıca vəzifə bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almağa hazır olması, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməsi, mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməsi kimi keyfiyətlərin subyekti kimi hazırlanması işi qanunvericilik aktlarına uyğunyönəldilir.Nəzərdə tutulur ki,   bu və ya digər ixtisas üzrə proqramın mənimsənilməsi nəticəsində məzunümummədəni və peşə kompetensiyalarına  yiyələnməlidir. Onlar: kolleclərdə, ümumi təhsil müəssisələrində müəllim vəzifəsində pedaqoji fəaliyyət göstərməyi,tələbələrin elmi araşdırma işlərinə rəhbərliyi, tələbələrlə maarifləndirici işlərin aparılması üsullarını tətbiq etməyi, ixtisas üzrə biliklərdən, informasiyaların toplanması və emalında müasir üsullardan, tədris prosesində kompüter texnologiyasından istifadə etməyi bacarmalıdır, ixtisas sahəsinin əsas problemlərini dərk etməlidir, onların konkret tətbiq sahələrini bilməlidir, fənlərarası əlaqələri müəy­yənləşdirməlidir;elmi praktik seminarlar, dərnəklər, disputlar təşkil etməyi,fəaliyyət nəticələrini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etməyi bacarmalı,qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq, təhsil sahələrində kompleks məsələlərin həllində iştirak etməyə hazır olmalı, kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmalı, idarəetmə və onun metodlarına yiyələnməlidir.

Şəki filialında “Təhsildə idarəetmənin keyfiyyət təminatının üç prinsipə dayanan modeli”nə istinad olunur. Sözügedən prinsiplər bunlardır:1)Təhsilin idarə olunmasının keyfiyyət təminatı anlayışı a)təhsil fəaliyyətinin nəticələrindən istifadə edən istehlakçılarla, b)təhsildə keyfiyyətin qiymətləndirilməsi üsulları ilə, c)təhsil müəssisəsində(təhsil sistemində) gedən proseslərlə, ç)təhsil fəaliyyətinin nəticələri ilə, ə)təhsil keyfiyyətinin subyektləri ilə, e)təhsil prosesində baş verən hadisələrlə bağlı amillərin təsiri kontekstində xarakterizə olunması; 2) Təhsilin keyfiyyətini idarəetmənin ümumi idarəetmə qanunauyğunluqlarına(burada söhbət menecment elminin aşkarladığı qanunauyğunluqlardan gedir) müvafiqliyi və 3) Təhsilin keyfiyyətinin idarə olunmasının tədris-təlim prosesinin qanun və qanunauyğunluqlarına adekvatlığı prinsiplərinə dayanan keyfiyyətin təminatında a) “sistem-struktur yanaşma”nın (bəzi mənbələrdə “sistemli təhlili” anlayışı kimi ifadə olunur) metodoloji əsas kimi qəbul olunmasını, b)monitorinq və qiymətləndirmədən faydalanmanı, c) interaktiv təlim metodlarının tətbiqini,  ç) səriştəli yanaşmanı, ə) geriqalmanın vaxtında və operativ aradan qaldırılması.

Filialda bir çox fənlərin məzmun xətlərinin hazırlanmasına diqqət yönəldilmişdir. Məsələn, bütün ixtsaslar üzrə məcburi fənn statuslu “Pedaqogika”fənni üzrə məzmun xətlərinin aşağıdakı kimi müəyyənləşdirilməsi məqbul sayılmışdır: 1) Metodoloji parametrlər; 2) Pedaqoji prosesin təbiətini açan kateqorial aparat; 3) Təhsil və təlim nəzəriyyəsi (Didaktika); 4) Tərbiyəşünaslıq; 5) Məktəb­şünaslıq: nəzəriyyə və metodika. Məzmun xətləri üzrə əsas və altstandartlar formulə olunmuşdur.   Məzmun xətləri üzrə hədəflənən nəticələrin əldə olunmasının interpretasiyasını özündə ehtiva edən monoqrafiya və iki cildlik dərslik çap olunmuşdur. “Riyaziyyatın tədrisi metodikası” fənninin məzmun xətləri və əsas standartlar onun ümumtəhsilin fəlsəfəsinə uyğunlaşdırması məqsədilə müəyyən olunmuşdur. RTM-in məzmun xətləri olaraq aşağıdakılar seçilmişdir: 

1) Metodoloji parametrlər; 

2) Ümumi riyazi təhsil üzrə bilik və bacarıqların formalaşma xüsusiyyətləri; 

3) Tədrisin metodik sisteminin qurulması,metodik sis­temin komponentlərinin imkandaşıyıcılıq funksiyalarının reallaşdırılması;                                             

4) Qiymətləndirmənin forma və üsullarından istifadə olunması. Sözügedən sistemi özündə ehtiva edən ”Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədrisi metodikası”adlı dərs vəsaiti çap olunmuş və tələbələrin istifadəsinə verilmişdir.

Təhsilin həyata keçirilməsində elmin informasiya təminatında istifadə olunması vacibdir. Bu şəksiz qəbul edilən qənaətdir. Şəki filialında həyata keçirilən təhsilin informasiya təminatında elmdən aşağıdakı istiqamətlər üzrə istifadə olunur: 1)Elmi-pedaqoji tədqiqatlar aparılır və nəticələr təhsil prosesinə tətbiq olunur; 2) Elmi mənbələrin  əldə olunmasının təhsilin elmi təminatına əsas yaratdığı nəzərə alınaraq filialın hər bir müəllim və tələbəsinin  istifadəçilik tələbatını ödəyən  internetə çıxış şəraiti yaradılır; 3)Mühazirə materialları  elmi-pedaqoji əsaslarla işlənib sistem halına gətirilərək filialın informasiya bankında  yerləşdirilir.Təbii ki, bu da təhsilin informasiya təminatında vacib komponentdir; 4)İnformatika elminin ortaya qoyduğu bir çox proqramlardan(Mimio Studio, Excel, Power Point, Microsoft Teams və s.) həm informasiya təminatı, həm də prosessuallığın səmərəli təşkili məqsədi ilə tədris vasitəsi kimi istifadə olunur.

Təhsil müəssisəsində beynəlxalq əməkdaşlıq fəaliy­yətində biganəliyə yol verilmir. Beynəlxalq proqramlarda iştirakı, təhsil müəssisəsində başqa ölkə vətəndaşlarının, təhsil müəssisəsinin təhsilalanlarının başqa ölkələrdə təhsil alması, elmi-pedaqoji kadrların xarici ölkələrdə ixtisaslarını artırması, müəllimlərin xarici ölkələrdə nəşr etdirmək məqsədi daşıyan elmi tədqiqat işləri ilə bağlı məsələlərə diqqət yönəldilir.

ADPU-nun Şəki filialınında əhatə olunan ixtisaslara qəbul olunananlar əsasən yüksək ümumtəhsil hazırlığı ilə seçilənlərdir. Onların aidiyəti təhsil proqramında ehtiva olunan fənləri yüksək səviy­yədə öyrənmək imkanları vardır. Sözügedən imkanlardan faydalanmaq, onların Azərbaycan dili və ədəbiyyat,  ingilis dili, riyaziyyat və informatika, tarix-coğrafiya, ibtidai sinif   müəllimləri və  məktəbəqədər təbiyə müəssisələri tərbiyəciləri üçün gərək olan keyfiyyətləri  (bilik, bacarıq, vərdişləri) əldə etmələri üçün əsas yaradan mühiti tənzimləmək ADPU-nun Şəki filialı əməkdaşlarının vəzifə borcu kimi dərk olunur. Onlar tarixə çevrilmiş illərdə məhz sözügedən düşüncənin, hissin subyekti kimi çalışmışlar.

Şəki filialında bir qayda olaraq tədrisin nəticələrinə bilavasitə və  bilvasitə təsir edən aşağıdakı kimi tədbirlər müəyyənləşdirilir və sistemli şəkildə tətbiq olunur:Tədris olunan fənlərin təqvim-tematik planlarının hazırlanması ilə bağlı məsələlərin həlli; Tədris olunacaq materialların mükəmməl elmi-pedaqoji sistemdə, elektron versiyada hazırlanması və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki  filialının aidiyyətı  informasiya bankında (və ya saytında) yerləşdirilməsi; Fənlərin tədrisi prosesinin ixtisaslı şəkildə izlənilməsi, təhlil olunması və fənnin tədrisini həyata keçirən pedaqoqa müvafiq tövsiyələrin verilməsi; Professor-müəllim heyəti arasında əsas qayəsi təcrübə mübadiləsi aparılması olan nümunə məşğələlərinin təşkil edilməsi; Tələbələrin sərbəst işlərinin yerinə yetirilməsində  formalizm hallarının aradan qaldırılması üzrə iş aparmaq (burada sərbəst iş mövzularının müəyyənləşdirilməsi zamanı şagirdlərin axtarıcılığa təhrik olması tələbinin gözlənilməsi);Tələbələrin müxtəlif problemlər üzrə tədqiqat işinə cəlb edilməsi; Təhsilverənlərin  elmi-tədqiqat fəaliyyətinə (kafedralar üzrə müəyyən olunan istiqamətlərə müvafiq) davamlı şəkildə cəlb olunması;Kafedraların əməkdaşlarının  müxtılif   fənlər üzrə əldə olunmuş imtahan nəticələrinin təhlili.

Şəki filialının əməkdaşlarının hazırladıqları sənədlərin, müşahidə olunan məşğələlərin, imtahan və kollokviumların nəticələrinin, sərbəst iş mətinlərinin təhlilindən belə qənaət hasil olunmuşdur ki, onların tədris fəaliyyətində təqdir olunmalı cəhətlər az deyildir. Üstün məziyyətlərdən biri odur ki, fənlərin tədrisi ilə bağlı məqsəd aydınlığı vardır və həmin səbəbdən də sözü­gedən prosesin imkandaşıyıcıları vəzifələrini bitgin sistem halına gətirə bilirlər, reallaşdırırlar. Digər üstün məziyyət budur ki, mühazirə və seminarlar üstün praktik potensialı ilə diqqəti çəkir, didaktik problemləri açan məsələlərə tələbələrin fəal iştirakı ilə aydınlıq gətirilir, müxtəlif maddi-texniki imkanlara uyğun şəkildə hərəkət etməyin, davranmanın yollarına tələbələr bələd ola bilirlər. Digər bir məziyyət tələbələrin irəliləyişinin müəyyənləşdirilməsi ilə bağlıdır. Tələbələrin əldə etməli olduqları bacarıqları müəyyən etməyə əsas yaradan meyarlar tətbiq olunur.

Hər bir tədris ilində monitorinqlə əhatə olunan məş­ğələlərin və ya açıq dərslərin  təhlil və qiymətləndirilməsi  zamanı (İstər real, istərsə də laməkan şəraitində) aşağıdakı aspektlər diqqət mərkəzində saxlanılır: məşğələnin təlimin funksiyalarına uyğun məqsədlərinin  müəyyənləşdirilməsinin dürüstlüyü; mühazirə mətninin məqsədəuyğunluq səviyyəsi; məqsəd və vəzifələrin reallaşdırılması üçün forma və üsulların seçilməsi; məşğələnin elmi-pedaqoji səviyyəsi; resursların müəy­yənləşdirilməsi, sistemləşdirilməsi və istifadə olunması üzrə müəllimin fəaliyyətinin məqsədəuyğunluq səviyyəsi; motivasiya sferasının yaranması (yaradılması), tələbələrin idrak fəallığının davamlılığı; tədqiqat suallarının məqsədəuyğunluğu; sual və tapşırıqların təlimi-problemin həllinə istiqamətlənməsi və tələbələrin potensial imkanlarına uyğunluğu; məlumat mübadiləsi üzrə işin təşkili, tələbələrin təhliletmə və təqdimetmə bacarığı; əldə olunan informasiyaların müzakirəsinin təşkili səviyyəsi; ümumiləşdirmə, refleksiya və nəticənin çıxarılması; yaradıcı tətbiqetmə tapşırıqlarının sistemləşdirilməsi və tələbələrə təqdim olunması; müəllimin fasilitasiya qaydalarına əməl etməsi; müəllimin pedaqoji sövq-təbiliyi, pedaqoji ustalığı, idarəetmə üslubu və s. keyfiyyətləri. Təhlil və qiymətləndirmənin  sözügedən elementlər üzrə aparılması yalnız obyektivliyin təminatı məqsədini güdmür.Bu, filial əməkdaşlarının elmi-nəzəri və praktik hazırlığına müsbət təsir göstərir, tədris prosesinin səmərəliliyinin artırılmasına bilavasitə təsir göstərir.

Danılmazdır ki, tədrisin səmərəliliyində müəllim amili həlledici rol oynayır. Təhsilalanın savadı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər. Elmi-nəzəri və metodik aspektdən hazırlıqlı müəllimlər informasiya-kommunikasiya texnologiyalarına (həmçinin digər pedaqoji texnologiyalara) əsaslanmağa cəhd göstərir, təhsilalanların yaradıcı düşüncəsinin inkişafı qayğısına qalır, təhsilalanın fərdi xüsusiyyətlərini diqqət mərkəzinə çəkir, fəal-interaktiv təlim metodları ilə  elmi-idrak metodlarını  uzlaşdırmağı vacib sayır. 

ADPU-nun Şəki filialının fəaliyyətdə olan, davamlı olaraq yeniləşdirilən saytı vardır. Həmin saytda nümunəvi mühazirə materiallarını yerləşdirmək məqsədilə yüzlərlə mühazirə materialı məzmun və forma baxımindan araşdırılmışdır. Sevindirici haldır ki, bunların sırasında təlimati tələblərə cavab verən üstün sayda nümunələr vardır.           

Son illərdə filialın infrastrukturu xeyli yaxşılaşdırılmışdır.  Tədris korpuslarında  əsaslı təmir işləri aparılmış, auditoriyalar müasir avadanlıqlarla təchiz edilmişdir.Filialda 14 proyektor və  auditoriyalarda quraşdırılmış 3 elektron lövhədəntədris prosesində səmərəli şəkildə istifadə edilir. Eyni zamanda 52 kompüterlə təchiz edilmiş  5 auditoriya və 2 mühazirə otağı, 5 kompüter və çap avadanlığı yerləşdirilmiş kitabxana tədris prosesinə xidmət edir. 2003-cü ildən filialda internet və lokal şəbəkə xidməti fəaliyyət göstərir. 2014-cü ildə bütün şəbəkə xətləri yenilənərək filial strukturları və aparıcı kompüter zalları vahid şəbəkə xidmətinə cəlb edilmişdir. Müəssisə daxilində olan hadisələr filialın rəsmi internet saytında (www.sheki-adpu.az) yerləşdirilir. 

Filialın kitabxanasında mövcud olan kitab fondu əsasən zəruri tələbləri ödə­məyə imkan verir. Kitabxanada 80 nəfərlik oxu zalı fəaliyyət gös­tə­rir.2013-2018-ci illərdə kitabxana fondu üçün 212 adda 1976 nüsxə dərslik, dərs vəsaiti, metodik vəsait, bədii ədəbiyyat və s. alınmışdır. Filialın əməkdaşları və tanınmış alimlər tərəfindən  kitabxanaya 992 adda 1514 nüsxə kitab hədiyyə olunmuşdur.  Hazırda fondun say tərkibi  16740 nüsxədir. 

Şəki filialının  əməkdaşları yeni texnologiyaları öyrənmək məqsədilə 2003-cü ildən  başlayaraq  xarici mütəxəssislərin  Azərbay­canda   təşkil etdiyi  treninqlərdə fəal iştirak etmişlər.

ADPU-nun Şəki filialı kimi fəaliyyəti dövründə filial əməkdaşları tərəfindən 13 monoqrafiya, iki cilddə “Pedaqogika” dərsliyi, 26 dərs və tədris   vəsaiti, 261 məqalə (ondan 33-ü xaricdə), 23 fənn proqramı nəşr olunmuşdur. Əməkdaşlar 104 respublika və 28 beynəlxalq konfransda  (xaricdə) məruzələrlə çıxış etmiş, onların məqalə və tezisləri nəşr olunmuşdur.

Ölkəmizin ərazi bü­töv­lüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qəhrəmancasına mübarizəsi Şəki filialının kollektivi tərəfindən daim alqışlanmış və sosial şəbəkələrdə işıqlandırılmışdır. Müharibə dövründə kollektivin bütün üzvlərinin 2020-ci il oktyabr ayının əməkhaqqının 20%-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsi ilə bağlı  müraciəti nəzərə alınaraq,  08 oktyabr 2020-ci ildə həmin fonda 11910.96 manat vəsait köçürülmüşdür. Bundan başqa, 2016-cı ilin oktyabr ayından  etibarən hər ay könüllü olaraq, filialın bütün əməkdaşlarının əməkhaqqının 1%-i olmaqla, orta hesabla 750.00 manat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülür. 

Filialın 2  tələbəsi  və 22 məzunu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda igidliklə vuruşmuş, böyük şücaət göstərmişlər. Filialın “Xarici dil müəllimliyi - fransız dili” ixtisasının hazırda akademik məzuniyyətdə olan tələbəsi Atamoğlan Hüseynov “Cəbrayılın azad olunmasına görə” medalı ilə, “Tarix müəllimliyi” ixtisasının 2006-cı il məzunu Tural Məmmədov “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının 2015-ci il məzunu Kərim Kərimli “Şuşanın azad olunmasına görə” medali ilə, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının 2015-ci il məzunu Zəka Baxışlı “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşlar.

ADPU-nun Şəki filialında təhsil alan gənclərin öz ixtisaslarına mükəmməl yiyələnmələri ilə yanaşı, onların saf məsləkli, sağlam əqidəli, dövlətimizin və dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı yolunda var qüvvəsi ilə çalışan, vətənpərvər gənclər kimi formalaşması daim diqqət mərkəzində saxlanılır.

 

Ədəbiyyat

1. “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.  Bakı şəhəri, 28 sentyabr 2010-cu il  № 167.

2.M.C.Mərdanov. Təhsil tarixi, 3 cilddə. I cild. Bakı: ”Təhsil” 2012, s. 22.

3.F.N.İbrahimov,  R.L.Hüseynzadə Pedaqogika (dərslik). 2 cilddə. I cild. Bakı: “Mütərcim”,  708 s.

 

Xülasə 

Məqalədə ADPU-nun Şəki filialının fəaliyyətinin əsas xarakterik xüsusiyyətlərinə diqqət yönəldilir. Bu xüsusiyyətlər ADPU-nun Şəki filialının təhsil uğurlarını şərtləndirən amillər kimi dəyərləndirilir.

F.N.Ibrakhimov 

ASPU - Shaki branch - 30 years of new history 

АГПУ - Шекинский филиал - 30 лет превратившаяся в историю


РЕЗЮМЕ
В статье уделяется внимание основным характеристическим качествам дея­­тель­ности Ше­кинского филиала АГПУ. Эти особенности оцениваются в качестве основных показателей успеха Шекинского филиала АГПУ.

SUMMARY

Attention of the article isdirected to basic characteristic features of the activities of the Shaki branch of the ASPU. These features are appreciated as factors causing the educational success of the Shaki branch of the ASPU.