Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

57-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən milli komandamızın uğuru


5-14 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticə əldə ediblər. Komandamız yarışda 1 gümüş və 3 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib. 
 
Sözügedən olimpiadada Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medala, həmin liseyin XI sinif şagirdləri Ümid Mustafazadə, Nəzrin Həsənova və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Rizvan Əsədov isə bürünc medal qazanıblar.


Tarix: Bu gün, 14:00

Xəbəri paylaş