Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

2021-2022-ci tədris ili rəqəmlərdə


                                                                                                    
Məktəbəqədər və ümumi təhsil
 
156 107 uşaq birinci sinfə gedib
Ölkə üzrə I siniflərə 156 107 uşaq qəbul edilib.
 
100 529 uşaq məktəbəhazırlığa cəlb edilib
Ümumilikdə 5896 məktəbəhazırlıq qrupuna 100 529 uşaq cəlb olunub.
 
İcma əsaslı məktəbəqədər təhsil qrupları
50 şəhər və rayonda təşkil edilən, ümumi sayı 850-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 16 min uşaq təhsilə cəlb edilib. 
 
40 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib
Ölkə üzrə tikinti və təmir işləri aparılmış 40 məktəb istifadəyə verilib. Həmçinin 31 modul tipli məktəb quraşdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə məktəb tikintisi
İşğaldan azad olunmuş ərazilərdə Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin tikintisi, bərpası və əsaslı təmiri işlərinə başlanılıb.
Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin yeni tədris ilində təhvil verilməsi nəzərdə tutulub.
Şuşa Real Məktəbinin bərpa-gücləndirmə və əsaslı təmiri ilə bağlı konsept layihəsi hazırlanıb, layihələndirmə işlərinə başlanıb.
Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikinti işlərinə  başlanılıb, ilin sonunda təhvil verilməsi nəzərdə tutulub.
Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikintisi nəzərdə tutulur. Bu rayon üzrə 960 şagird yerlik Yuxarı Mərcanlı kənd məktəbinin də təməli qoyulub.
Füzuli şəhərində 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Həmçinin 700 yerlik peşə liseyinin layihələndirilməsi və tikintisi ilə bağlı işlərə başlanılması nəzərdə tutulur.
Tərtər rayonu Suqovuşan qəsəbə 144 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb.

270 adda 7 030 264 nüsxə dərslik
Ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.
Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və müəllimlər üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb.
Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb və tədrisinə başlanılıb. İlk dəfə xüsusi məktəblər üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, müəllim və  valideynlər üçün metodik vəsaitlər hazırlanıb.
Tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.
 
"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilib
“Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilib. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Şamaxı, Lənkəran, Biləsuvar, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran rayonları üzrə 250 məktəbdə 190 000-dən çox şagirdi əhatə edir. 
2021-2022-ci tədris ilindən etibarən 11 məktəbin 10-cu siniflərində "Rəqəmsal bacarıqlar" təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 316 şagird təhsil alır və onlara həftədə 5 saat olmaqla informatika fənni tədris edilir. Bundan əlavə, cari tədris ilində layihə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərini də əhatə edib. 
 
STEAM layihəsi
STEAM layihəsi 302 ümumtəhsil məktəbini və 13 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
 
“Məktəblinin dostu”
Layihə ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərib. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə 400 əməkdaş-məktəblinin dostu çalışıb.
 
Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə
Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək  4 qızıl, 20 gümüş, 43 bürünc medal və 3 həvəsləndirici mükafat olmaqla ümumilikdə 67 medal əldə ediblər.

Məktəbdənkənar fəaliyyət
Təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə əlamətdar günlərə, Vətən müharibəsi şəhidlərinin xatirəsinə, Anım və Zəfər Günlərinə həsr olunmuş, vətənpərvərlik, sağlam həyat tərzi və digər istiqamətlər üzrə müxtəlif idman növləri üzrə yarışlar, turnirlər, birinciliklər, müsabiqələr, 4  intellektual oyun və 2 bilik yarışı, 2 uşaq teatr festivalı, 1 yaradıcılıq festivalı, 1 respublika festivalı, 1 respublika incəsənət festivalı, 1 uşaq rəqs festivalı, 1 festival-sərgi, 1 ifa müsabiqəsi, 1 beynəlxalq rəsm müsabiqəsi,1 respublika rəsm müsabiqəsi, 1 yaradıcılıq müsabiqəsi, 1 şeir və mahnı müsabiqəsi, virtual sərgilər, forumlar, hərbi-idman oyunları, “dəyirmi masa” lar keçirilib. Sözügedən tədbirlərə 450 000-ə yaxın məktəbli cəlb olunub.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 442 qızıl, 379 gümüş, 562 bürünc olmaqla 1383 medal, beynəlxalq yarışlarda 157 qızıl, 133 gümüş, 145 bürünc olmaqla 435 medal qazanıb.
 
1767 nəfər işlə təmin olunub
1767 nəfər - şəhid ailə üzvü, qazi, müharibə iştirakçısı, hərbçi və onların ailə üzvləri Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub. Onlardan 408 nəfəri cari ildə işə qəbul edilənlərdir.
 
10 400 nəfərdən artıq namizəd müəllim adını qazanıb
10 400-dən artıq namizəd müddətli və müddətsiz müqavilə əsasında işə qəbul edilib. İşə qəbul edilənlərdən 3567 nəfəri ilk  turda müddətsiz müqavilə əsasında işə qəbul edilib. Aprel ayı ərzində keçirilən daimiləşmə müsabiqəsində isə 1669 nəfər uğur qazanaraq müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib.
Ümumilikdə 5236 nəfər namizəd qeyd edilən tədris ili üzrə müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib. İşə qəbul edilmiş müəllimlərin 48.3 faizi həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinə işə qəbul olunub. 
 
232 nəfər yeni direktor
2021-ci ildən 2022-ci ilin birinci yarısınadək 232 nəfər dövlət ümumi təhsil müəssisəsinə direktor vəzifəsinə təyin olunub.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul elektronlaşdırılıb
Məktəbəqədər təhsil müəssisələrinə qəbulun elektron qaydada həyata keçirilməsinə başlanılıb.

20 min kompüter paylanılıb
Ümumi təhsil müəssisələrinə 20 min kompüter paylanılıb. Növbəti tədris ilində də daha 40 min kompüter paylanılacaq.
 
“Sabahın alimləri” XI Respublika Müsabiqəsi
“Sabahın alimləri” XI respublika müsabiqəsində 8 istiqamət üzrə I, II və III yerlərə 48 layihə (84 şagird), o cümlədən I yerə-“Qızıl” medal 7 layihə (12 şagird), II yerə – “Gümüş” medal 16 layihə (30 şagird), III yerə – “Bürünc” medal 25 layihə (42 şagird) layiq görülüb.
Qaliblər sırasından seçilmiş 7 layihə (12 şagird) Azərbaycanı ABŞ-ın Corciya ştatının Atlanta şəhərində 8-13 may tarixlərində keçirilən Regeneron İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edib və İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisinin “İştirakçı medalına” layiq görülüblər. 

Təhsilverənlərin sertifikatlaşdırılmasına başlanılıb
Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb.
Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. 
 
*** 
Peşə təhsili
 
2021-2022-ci tədris ili üzrə tələbə qəbulu
Peşə təhsili müəssisələrinə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 23 784 müraciət daxil olub, 16 590 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olanların sayı 12 faiz artıb.
 
Yüksək texniki peşə təhsili
İlk dəfə olaraq ilk və texniki peşə təhsil səviyyələri ilə yanaşı, 4 regionda fəaliyyət göstərən 6 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisə başlanılıb. Belə ki, yüksək texniki peşə təhsili səviyyəsi üzrə 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 820 nəfər tələbə adını qazanıb.

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol
19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyənin təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.
Türkiyənin Bursa şəhərində yerləşən 3 peşə təhsil müəssisəsi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Peşə Liseyi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Hazırda Azərbaycan-Türkiyə Peşə Təhsili Müəssisəsinin Nizamnamə sənədi hazırlanır.
 
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının mərkəzləşmiş imtahanla işə qəbulu
İlk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə müəllimlərin mərkəzləşmiş imtahanla işə qəbulu aparılıb. Müsabiqə çərçivəsində bütün respublika üzrə 269 vakansiya elan olunub. Ümumilikdə 222 nəfər müsabiqədən uğurla keçib və işlə təmin olunub.
 
Peşə təmayüllü siniflərin sayı artıb
"Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi üzrə növbəti 45 yeni sinif açılıb. Bununla da siniflərin sayı 80 məktəbdə 124-ə, şagird sayı isə 2200-ə çatdırılıb. Həmçinin cari tədris ilindən bütün məktəblərdə “STEAM” modulunun tətbiqi, 35 məktəbdə “Sürücülük” modulu və 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq edilib.
 
Bərdə Peşə Liseyi istifadəyə verilib
1200 tələbə tutumu olan Bərdə Peşə Liseyi istifadəyə verilib. Liseyin 4 mərtəbəli tədris binası, 2 ədəd hər biri 192 yerlik yataqxanası, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qarajı və digər köməkçi binaları var.
 
“Karyera və iş yarmarkası” keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib. “Karyera və iş yarmarkası”na  rayonda turizm istiqaməti üzrə fəaliyyət göstərən 9 müəssisə tərəfindən 225 vakant yer çıxarılıb. Yarmarkaya 250-dən çox  işsiz və işaxtaran vətəndaş qatılıb, 132  nəfər müxtəlif peşə və ixtisas sahibinin tərcümeyi-halları qəbul edilib.
 
"Teknofest Azərbaycan"da qalibiyyət
Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən "Baku Stark" komandası " "Teknofest Azərbaycan"da "Robototexnika" müsabiqəsində "Smart Helmet" layihəsi ilə "A" kateqoriyası üzrə qalib olub.
 
Dövlət Məşğulluq Agentliyi ilə birgə məzunlar üçün Karyera Sərgisi
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində əmək yarmarkası formatında karyera sərgisi təşkil olunub. Tədbirə 400-dən çox vakansiya ilə 24 şirkət qatılıb. Karyera sərgisində həmçinin Bakı şəhərində yerləşən 9 peşə təhsil müəssisəsi iştirak edib.
40-a qədər qısamüddətli təlim iştirakçısının və 350-ə qədər peşə təhsil müəssisəsi məzunlarının faydalandığı tədbirdə məzunlara məşğulluq, iş imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb.
 
***
Ali təhsil və elm
 
102 tələbə Prezident təqaüdünə layiq görülüb
Tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.
 
47 580 abituriyent tələbə statusu qazanıb
Ali təhsil müəssisələrində 47 580 abituriyent tələbə statusunu qazanıb. Dövlət sifarişi üzrə mülki ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə faktiki qəbul 23500 (99,85%) yer olub. Ötən tədris ilində bu göstərici 95 faiz təşkil edib. Magistratura səviyyəsində  dövlət sifarişi üzrə faktiki qəbul 3899 (98,5%) yer  olub.  Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə 46735 (92,1%) abituriyent (subbakalavr) tələbə statusu adını qazanıb. 

İtaliya-Azərbaycan Universiteti
Bakıda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub. Sözügedən universitetdə təsis olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, şəhərsalma və landşaft memarlığı, dizayn, interyer dizaynı və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq. 
 
HTP çərçivəsində 200 nəfər xaricdə təhsil hüququ qazanıb
Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 148, Çin Xalq Respublikasında (ÇXR) 21, Rumıniyada 3, Rusiya Federasiyasında 3, Latviyada 10, Türkiyə Respublikasında (YTB xətti ilə doktorantura üzrə) 15 nəfər ümumilikdə isə 200 nəfər dünyanın 6 müxtəlif ölkəsində 41 ali təhsil müəssisəsində xaricdə təhsil almaq hüququ qazanıb.
HTP çərçivəsində 2022-2023-cü tədris ilində təhsil almaq üçün (Macarıstan, ÇXR, Rumıniya, Rusiya Federasiyası, Latviya, Türkiyə Respublikası) müraciət edən 1200-ə yaxın elektron ərizə yoxlanılıb, onlardan 500-ə yaxın ərizəçi ilə müsahibə keçirilib. Ölkələrin ayırdığı kvotaya uyğun olaraq namizədliklər təsdiqlənmək üçün qarşı tərəfə göndərilib.

Məzunların “Təlim töhfəsi”
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və HTP çərçivəsində xaricdə təhsil almış 14 nəfər məzun tərəfindən 600-700-ə yaxın izləyici üçün müxtəlif mövzularda könüllü 14 onlayn təlim təşkil edilib.

Dövlət Proqramı məzunları tərəfindən “Parlaq gələcəyim” layihəsi
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və HTP çərçivəsində xaricdə təhsil almış 4 nəfər məzun tərəfindən 2022-ci ildən başlayaraq 400-ə yaxın izləyici üçün müxtəlif mövzularda könüllü 4 onlayn vebinar təşkil edilib.
 
Xaricdə təhsil üzrə 2022-2026-cı illər üçün Dövlət Proqramı
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Bununla yanaşı, sözügedən dövlət proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydaları təsdiqlənib.
Proqram çərçivəsində bu ildən başlayaraq hər il 400, ümumilikdə isə 2000 nəfərədək vətəndaşımızın nüfuzlu xarici ali təhsil müəssisələrində təhsili təmin ediləcək.

93 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili qazanıb
 “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ildə keçirilən müsabiqələr nəticəsində 93 nəfər prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına beynəlxalq reytinq cədvəlləri üzrə (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) top 500-lükdə yer alan aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Hazırda Dövlət Proqramı çərçivəsində 6 prioritet ixtisas istiqaməti üzrə dünyanın 20 ölkəsinə aid nüfuzlu 62 ali təhsil müəssisində 124 doktorant təhsil alır.
 
Əcnəbilərin yeri ali təhsil müəssisələrinə qəbulu üçün e-müraciət xidməti
Əcnəbilərin Azərbaycanda təhsili üçün imkanların genişləndirilməsi, eyni zamanda təşviqi istiqamətində aparılan işlərin davamı olaraq portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) istifadəyə verilib.

101 ölkədən 7400-ə yaxın əcnəbi tələbə
Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində ilk dəfə 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin Xalq Respublikası və digər ölkələri təmsil edir.

Dövlət hesabına təhsil alan 77 əcnəbi tələbə
Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 67 ölkədən 125 əcnəbi təhsil almaqdadır. HTP (sazişlər) çərçivəsində cari tədris ilində Macarıstan, Qazaxıstan, ÇXR vətəndaşlarının qəbulu aparılıb. Hazırda 4 fərqli ölkədən 76 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil alır.
 
Təhsil tələbə krediti
2021-ci ildə Təhsil Tələbə Krediti Fondunun əsası qoyulub.
2021-2022-ci tədris ili ərzində 6544 tələbəyə kredit verilib. Kreditlərin 2379-u sosial, 4165-i standart yönümlüdür.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.
 
Diplomların tanınması
2021-ci ilin yanvar-noyabr ayları ərzində 3021 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertizanın nəticəsində 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə(lər) təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.
2022-ci ilin yanvar-iyun ayları ərzində (10.06.2022-ci il tarixinə qədər) 1510 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertizanın nəticəsində 1157 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə(lər) təqdim olunub. Digər 353 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib. 
 
830 SABAH məzunu
724 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb.
Magistratura səviyyəsində SABAH qruplarına ilk dəfə 2021-ci ildə qəbul keçirilib və 364 nəfər SABAH magistrı adını qazanıb. 2022-ci ildə 830 SABAH tələbəsi məzun olacaq.
 
"Bir" Tələbə-Könüllü proqramı
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi proqramı 28 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edib. 30 000-dən çox könüllü üzvü olan birlik il ərzində 350-dən çox tədbir təşkil edib və ümumilikdə 60 439 könüllü fəaliyyət saatı qeydə alınıb. Tələbə-könüllülərin dəstəyi ilə baş tutmuş tədbirlərdə minimum könüllü sayı 1, maksimum könüllü sayı isə 527 tələbə-könüllünü əhatə edib.
2021-2022-ci tədris ilində fəaliyyət dairəsini genişlədən birlik Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədi ilə 250-ə yaxın tələbə-könüllünü Qarabağ bölgəsində fəaliyyətə cəlb edib.
 
Strukturda dəyişikliklər
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Regional Təhsil idarələri yaradılıb. Eyni zamanda, nazirliyin müvafiq təhsil şöbələrinin balansındakı və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri  (uşaq evləri istisna olmaqla) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq regional təhsil idarələrinin balansına verilib.
 
Təhsil xidmətləri “ASAN”da
5 və 7 saylı “ASAN xidmət” mərkəzlərində təhsil xidmətləri təqdim edilməyə başlanılıb. 
Vətəndaşlar mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, cari təhsil alanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlana bilirlər.
 
Təhsilin İnkişafı Fondu
Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu publik hüquqi şəxs yaradılıb.
Təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsində iştirak etmək, təhsil sisteminin inkişafına yönəlmiş ictimai və sosial əhəmiyyətli proqram və layihələri maliyyələşdirmək, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına dəstək, təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanması və icrasında iştirak etmək fondun əsas fəaliyyət istiqamətləridir.


Tarix: 19-06-2022, 16:21

Xəbəri paylaş