Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Avropa Qızlar Riyaziyyat Olimpiadasından ilk qızıl medal



Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. 
 
57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. 
 Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi  Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı bürünc medala, həmin liseyin IX sinif şagirdi Sevinc Mahmudova isə “Həvəsləndirici mükafat”a layiq görülüb. 
 
Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!


Tarix: 11-04-2022, 14:55

Xəbəri paylaş