Nazir müavini İdris İsayev Bakı Ali Neft Məktəbinin 10-cu "Məzun Günü" tədbirində iştirak edib



Bakı Ali Neft Məktəbinin (BANM) 10-cu "Məzun Günü" tədbiri keçirilib.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, BANM-də təhsil aldıqları müddətdə yüksək bilik və bacarıqlara yiyələnən məzunlar peşəkar mütəxəssis kimi əmək bazarına qədəm qoyurlar. O, builki məzunların bir qisminin artıq əmək fəaliyyətinə başladığını, digər qisminin isə dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olaraq təqaüdlər qazandığını vurğulayıb.
Tədbirdə iştirak edən edən elm və təhsil nazirinin müavini İdris İsayev ali təhsilin ölkənin inkişafında və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib, BANM məzunlarının qazandıqları bilik və bacarıqlarla Azərbaycanın inkişafına mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib. Nazir müavini çıxışının sonunda məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva çıxışında BANM məzunlarının uğurlarının ali məktəbin fəaliyyətə başladığı gündən peşəkar kadr hazırlığı missiyasını uğurla yerinə yetirdiyini bir daha təsdiqlədiyini bildirib.
Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutunun rektoru Botir Usmonov çıxışında universitetlər arasında əməkdaşlığın və ikili diplom proqramlarının əhəmiyyətini vurğulayıb.
Daha sonra 2026-cı il məzun buraxılışı üzrə BANM-in “İlin tələbəsi”, İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Gülay Nəzərovanın adı Fəxri kötüyə həkk olunub, məzunlara diplomlar təqdim edilib.
Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbini bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 407 tələbə bitirib. Məzunlar arasında Biznesin idarə edilməsi və Kompüter mühəndisliyi ixtisasları, həmçinin Özbəkistanın ali təhsil müəssisələri ilə ikili diplom proqramı üzrə ilk məzunlar, eləcə də 7 ölkədən 23 əcnəbi tələbə yer alıb.
Tarix: Bu gün, 10:30
