Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüşüb

 

Təhsil naziri Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirib.

Ceyhun Bayramov təhsilin inkişafının hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutduğunu bildirib və bu sahədə uğurlu inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Nazir “Ən yaxşı təqdimat” müsabiqəsinin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib, qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, müsabiqənin final mərhələsində respublikanın müxtəlif şəhər və rayonlarında yerli mərhələnin qalibləri olmuş 82 ümumi təhsil müəssisəsindən olan şagirdlərin video təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 7 nəfər I, 14 nəfər II, 19 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub.

шаблоны для dle 11.2