Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və texnika yenilikləri

 

Riyazi məsələlərin həlli üçün proqram 3 milyard dollar dəyərindədir

Məktəblilərə ev tapşırıqlarını yerinə yetirməyə və imtahanlara hazırlanmağa kömək edən “Yuanfudao” startapı 2018-ci ildə 300 milyon (2017-ci il ilə müqayisədə 180 milyon çox) dollar gəlir əldə edib. O zaman startap 1 mil­yard dollar dəyərində qiymətləndirilirdi. İndi bu göstərici 3 dəfə artıb.
techcult.ru saytının məlumatında bildirilir ki, “Yuanfudao” istifadəçilərə müxtəlif onlayn kurslar, imtahan tapşırıqlarından ibarət baza və ev tapşırıqlarının yerinə yetirilməsi üçün populyar köməkçi proqramlar daxil olmaqla, bir sıra məhsullar təklif edir. Şagird tapşırıq mətnini telefon kamerasına çəkir və dərhal doğru cavabı əldə edir. Startapın süni intellektin öyrənilməsi üzrə xüsusi mərkəzi də fəaliyyət göstərir.
“Yuanfudao”nun əsas investorları olan “Tencent”, “Warburg Pincus”, “Matrix Partners China” və “IDG Capital” şirkətləri layihəyə 120 milyon dollar yatırıblar. Bu vəsait proqramın və süni intellektin daha da təkmilləşdirilməsi üçün istifadə olunacaq. “Yuanfudao” istifadəçilərinin sayı 200 milyonu ötüb. Belə ki, artıq valideynlər də ev tapşırıqlarını yoxlamaq üçün bu proqramdan istifadə edirlər.

Süni intellekt Alzheimer xəstəliyini
6 il öncədən müəyyənləşdirir

Beynin skan edilməsinin standart metodundan istifadə edən tədqiqatçılar Alzheimer xəstəliyinin erkən mərhələsinin diaqnozunu qoymaq üçün maşın təlimi alqoritmini proqramlaşdıraraq mühim nəticələr əldə ediblər.
Xəstəliyin müalicəsi üçün dərman vasitələri mövcud olmasa da, son illərdə onun inkişafını dayandırmağa kömək edən preparatlar istehsala buraxılıb. Lakin effektiv nəticələr əldə etmək üçün bu müalicələr xəstəliyin erkən mərhələsində aparılmalıdır. Buna görə də, erkən diaqnoz əsas rol oynayır.
Kaliforniya Universitetinin rezidenti, tibb üzrə elmlər doktoru Je Ho Son qeyd edib ki, Alzheimer xəstəliyinin əsas çətinliklərindən biri neyronların bütün klinik əlamətlərin yaranmasından öncə ölməsidir.
J.H.Son apardığı araşdırmalar zamanı neyrovizualizasiya və maşın təlimi metodlarını birləşdirib.
21mm.ru saytının məlumatına əsasən, tədqiqatın gedişində məlub olub ki, diaqnozun qoyulması üçün pozitron emissiya tomoqrafiyası (PET) beyində qlükoza kimi molekulların saxlanmasını ölçür. Bu isə, Alzheimer xəstəliyinin diaqnozu üçün effektiv vasitədir.
Beyin hüceyrələri zədələnib ölən zaman onlar daha az qlükoza sərf edirlər. Bütün bu dəyişiklikləri adi gözlə aşkar etmək çətindir.
Problemi həll etmək üçün J.H.Son maşın təlimi alqoritminə PET-i tətbiq edib. Tətbiq vasitəsilə hətta beyin şişi kimi dəyişiklikləri aşkar etmək mümkün olacaq.
Alqoritm artıq xəstəlik diaqnozu qoyulmuş 92% pasiyenti düzgün müəyyən edib. Bu proq­noz həmin xəstələrin 6 il öncəki rentgen nümunələri əsasında verilib.

“Windows 10” dünyada ən məşhur masaüstü əməliyyat sistemi olub

“Microsoft” şirkəti 2018-ci ildə dünyanın ən bahalı korporasiyasına çevrilib. Ancaq bu, onun yeganə nailiyyəti deyil. Şirkətin yeni “Windows 10” əməliyyat sistemi (ƏS) dünyada ən məşhur masaüstü ƏS-i olub. O, populyarlığını artırmaqla yanaşı, “Windows 7” ƏS-ni də üstələyib. Bunun üçün “Microsoft” üç il yarım vaxt sərf edib. Hazırda “Windows 10” masaüstü ƏS-i bazarının 39,22% -nə sahibdir.
3dnews.ru saytının məlumatına əsasən, bu gün masaüstü kompüterlər, tablet, smartfon və “Xbox One” markalı oyun konsolları da daxil olmaqla 700 milyondan çox cihaz “Windows 10” əməliyyat sistemi üzərində işləyir. Eyni zamanda qeyd edək ki, 14 yanvar 2020-ci ildən etibarən şirkət “Windows 7”nin dəstəklənməsini dayandırır. Buna görə də, “Microsoft” üçün böyük korporasiya və fərdi istifadəçilərin “Windows 10”a keçməsi vacibdir.

Blokçeyn elektron səsvermə sistemində tətbiq olunacaq

Taylandın informasiya və kommunikasiya tətbiqlərinin işlənilməsinə cavabdeh olan Elektronika və Kompüter Texnologiyaları Milli Mərkəzi (NECTEC) blokçeynə əsaslanan elektron səsvermə sistemi üzərində işləyir.
NECTEC nümayəndələrinin sözlərinə görə, seçicilər 5G texnologiyasını qəbul etdikdən sonra yeni platformaya qoşulacaqlar.
“NECTEC dövlət, regional və ictimai seçkilərin keçirilməsi, həmçinin şirkətlərdə səsvermələr, məsələn, direktorlar şurasının seçimi zamanı elektron səsvermə üçün tətbiq oluna bilən blokçeyn texnologiyası hazırlayıb, - mərkəzin Kibertəhlükəsizlik laboratoriyasının rəhbəri Çali Vorakulpipat bildirib. Sistemin məqsədi dələduzluq hadisələrinin aradan qaldırılması və məlumatların tamlığının qorunmasından ibarətdir”.
computerra.ru saytının məlumatına görə, ölkə vətəndaşları artıq seçki məntəqələrinə baş çəkməyərək yalnız İnternet vasitəsilə səsvermədə iştirak edəcəklər. Texnologiya insanlara mobil telefonun kamerası ilə yoxlamadan keçməklə elektron poçt vasitəsilə səs vermək imkanı təqdim edəcək.
Bununla yanaşı, səsvermənin nəticələri daha sürətli emal ediləcək və namizədlər nəticələri elektron formada yoxlaya biləcəklər.
Blokçeyn texnologiyası elektron səsvermə sahəsində böyük imkanlara malikdir, ancaq onun genişmiqyaslı tətbiqinə müəyyən qədər vaxt lazımdır. Bunun səbəbi bütün seçicilərin mobil qurğularının İnternetə çıxışa və kameranın köməyi ilə yoxlamanın həyata keçirilməsi imkanına malik olması tələbidir.
NECTEC mütəxəssislərinin sözlərinə görə, hazırda sistem universitet, regional və ya ictimai seçkilər kimi miqyası böyük olmayan səsvermə proseslərinin keçirilməsi zamanı sınaqdan keçirilməyə hazırdır.
Mərkəz sistemi Taylandın Milli Elm və Texnologiyanın İnkişafı Agentliyində istifadə etməyi planlaşdırır.

İlk kommersiya məqsədli kvant kompüteri təqdim edilib

Las-Veqasda keçirilən “CES 2019” sərgisində “IBM” şirkəti ilk kommersiya məqsədli kvant kompüterini təqdim edib. 20 kubitlik “IBM Q System One” kvant və klassik hesablama komponentlərini birləşdirir.
ferra.ru saytının məlumatına görə, böyük ölçüyə malik “IBM Q System One” laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Onun xarici görünüşü məşhur dizaynerlər tərəfindən hazırlanıb. İstehsalçıların fikrincə, onu əsl incəsənət əsəri hesab etmək olar. “IBM Q” kənarları 3 metr təşkil edən hava keçirməz kub şəklindədir.
Kompüterin satışa çıxarılma müddəti və qiyməti barədə hələ ki, məlumat verilmir.

2020-ci ildə Vatsap və İnstaqram OLMAYACAQ - ŞOK QƏRAR

"Feysbuk" şirkətinin rəhbəri Mark Zukerberq şirkətə məxsus "Feysbuk Messencer", "Vatsap" və "İnstaqram" sosial şəbəkələrini birləşdirməyi planlaşdırır.
Ternd-in məlumatına görə, onun belə planları barədə məlumatlı şəxslər bildirib.
Mənbə bu prosesin ilkin mərhələdə olduğunu və 2019-cu ilin sonu və ya 2020-ci ilin əvəlləri üçün yekunlaşacağını bildirib.
Bildirilir ki, bu addım Zukerberqə "Facebook" ətrafında baş verən qalmaqallar fonunda şirkət üzərində nəzarəti gücləndirməyə imkan verəcək.

ikt.az saytının materialları əsasında hazırladı:
Sevinc ALIYEVA 


Tarix: 14-02-2019, 13:08

Xəbəri paylaş