Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilər Avropa birinciliyinin qalibi olublar

 
Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo idman növü üzrə gənclərin Avropa birinciliyi keçirilib.
42 ölkənin 405 cüdoçusunun mübarizə apardığı yarışa Azərbaycan milli yığma komandasının tərkibində Bakı şəhəri 1 nömrəli idman liseyinin 3 cüdoçusu qatılıb.
Birinciliyin ilk günündə idman liseyinin yetirməsi Tofiq Məmmədov 60 kq çəki dərəcəsində Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu adını qazanıb.
  Liseyin digər idmançısı 44 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova isə Avropa birinciliyinin bürünc medalına layiq görülüb.


Tarix: 2-10-2018, 13:27

Xəbəri paylaş