Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli şəxsiyyətlərin həyatından


 
  MAYKL FARADEY
(1791 -1867)

Dahi ingilis fiziki London Kral Cəmiyyətinin üzvü olmuşdur. Müstəqil təhsil almışdır. Əsas tədqiqatları elektrikə, maqnetizmə, maqnitooptikaya, spektroskopiyaya aiddir. 1833-cü ildə elektroliz qanunlarını kəşf etmişdir. «Maqnit sahəsi» anlayışını elmə gətirmişdir. 1837-ci ildə dielektriklərin polyarizasiyahısını müşahidə etmişdir. Onun «Şam işığının tarixi» kitabı dünyada məşhur kitablardandır.
***
Faradeydən ingilis lordlarından biri: «Elektrikin bir xeyri varmı?» - deyə soruşduqda Faradey cavab verir:
- Ser, vaxt gələcək siz elektrikə vergi qoyacaqsınız!

***
İngilis fiziki H.Devi həmişə: - Mənim ən böyük kəşfim Faradeydir! - deməyi çox sevərdi.
Məlumdur ki, Faradey elmə Devinin laboratoriyasından gəlmişdi.

***
Faradeyin məşhur fizik olduğunu biləndə, əvvəllər ona tornaçılıq sənətini öyrədən usta təəssüflə deyir:
- Heyif, ondan əla tornaçı çıxardı.

***
Faradeyin sələfi amerikalı alim Benjamin Franklindən soruşurlar ki, elektrikin nə əhəmiyyəti var?
Doktor Franklin suala sualla cavab verir:
- Səncə, yeni doğulmuş uşağın həyatda nə əhəmiyyəti var?!

ANDRE MARİ AMPER
(1775-1836)

Fransız fiziki, riyaziyyatçısı və kimyaçısıdır. Ev təhsili almışdır. Əsas fiziki tədqiqatları elektrodinamikaya aiddir. Elektrik cərəyanı və maqnit sahəsinin qarşılıqlı təsirinə aid təcrübələr aparmış, bunları ölçmək üçün müxtəlif cihazlar düzəltmişdir. Maqnetizm nəzəriyyəsinin yaradıcısıdır. Öz adı ilə adlanan «Amper qanunu» «Amper teoremini» kəşf etmişdir. «Kinematika» anlayışını elmə gətirmişdir.

***
Bir dəfə Amper yolüstü Avinyon şəhərində dayanır. Fikri dağınıq olan Amper mehmanxana sahibinə nə qədər verəcəyini heç cür hesablaya bilmir. Nəhayət, sahibin köməyilə hesablamaq mümkün olur. Mehmanxana sahibi: «Ağa, düzdür, bir az hesab bilirsiniz, yaxşı olar ki, bizim keşiş sizə hesabdan bir az dərs desin», - deyir. Amper bu sözlərə etiraz edə bilmir.

***
Bir dəfə Amperdən soruşurlar:
-Doğrudurmu ki, deyirlər siz həmişə axtarışdasınız?
-Daha deməyin, bir də görürsən ki, bütün günü eynəyimi axtarmağa sərf edirəm. Bir də görürəm ki, o burnumun üstündədir... Belə axtarışlarım çox olub.

***
Hava şarında uçan iki fizik, onlara tanış olmayan ərazidə uçurdular. Bu zaman onlar aşağıda gedən adamdan soruşurlar:
- Ey, biz hardayıq?
Yoldan keçən cavab verir:
- Hava şarında!
Səyyahlar mat-mat bir-birinin üzünə baxır. Sonra onlardan biri bu cavabı «izah» edir.
- Hardan bildin? - yoldaşı soruşur.
- Əvvəla, o fikirləşib cavab verdi, ikincisi, çox doğru cavab verdi. Nəhayət, ən əsas odur ki, onun cavabı «məchuldur» onu necə tapaq?
...Hava şarında uçanlar Monqolfye qardaşları, piyada gedən isə gələcəyin dahisi Amper idi.

***
1820-ci ilin 18 sentyabrında Amper Paris Elmlər Akademiyasında eyni zamanda cərəyan keçən iki naqilin qarşılıqlı təsirini nümayiş etdirirdi. Dahi Laplas da bu təcrübəni müşahidə edirdi. Təcrübə qurtardıqdan sonra Laplas Amperə asissentlik edən Danil Kolladonun yaxasından yapışıb:
- Cavan oğlan, boynunuza alın ki, naqilləri hərəkət etdirən siz idiniz! -deyir.

A.L. LAVUAZYE
(1743-1794)
Fransız kimyaçısı, kimyanın əsasını qoyanlardan biri. Fla­giston nəzəriyyəsinin çox qızğın əleyhdarlarından biri idi və ilk dəfə onun səhv olmasını isbat etmişdir. Engels qeyd edirdi ki, «Lavuazye flagiston nəzəriy­yəsinə görə başı aşağı olan kimya elmini, ayaq üstə qoymuşdur». İlk dəfə təcrübi olaraq kimyəvi reaksiya zamanı maddə kütləsinin saxlanması, yanma hadisəsini izah etmiş, havanın mürəkkəb tərkibə malik olduğunu isbat etmişdir. Laplasla birlikdə kalorimetr düzəltmiş və müxtəlif maddələrin yanma qabiliyyətini öyrənmişdir.

***
Kimya elmi tarixində elə bir ikinci adam tapılmaz ki, onun həyatı böyük fransız alimi Lavuazye qədər dolaşıq və faciəli olsun. 1789-cu ildə Fransa inqilabı Lavuazyeni elmi işlərdən ayırdı. 1793-cü il 10 avqustda Fransa Elmlər Akademiyası bağlandı. 1794-cü il mayın 7-də 28 nəfər, o cümlədən Lavuazye inqilab tribunlarının hökmü ilə ölümə məhkum edildi. Mayın 8-də Parisin inqilab meydanında böyük kimyaçının başı gilyotinlə bədənindən ayrıldı. Bu hadisə ilə əlaqədar böyük fransız riyaziyyatçısı C.L.Laqranj kədər içərisində belə demişdir: «Böyük dahinin başını qoparmaq üçün bir an kifayət etdi, lakin onun dünyaya gəlməsini bəşəriyyət tam bir əsr gözləmişdi».
  Ərinin öldürülməsindən hədsiz sarsılan böyük alimin həyat yoldaşı Mariya, onun elm sahələrindəki nailiyyətlərini bəşəriyyətə çatdırmaq üçün çox çalışır və nəhayət, ərinin elmi işlərindən ibarət sərgi salonu açır. Bu sərgi düz 27 il davam edir.


Tarix: 19-09-2017, 12:15

Xəbəri paylaş