Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Rayon uşaq-gənclər inkişaf mərkəzlərinin direktorlarının iştirakı ilə «dəyirmi masa»

 
Azərbaycan Respublikasında davamlı inkişaf şəraitində ekoloji təhsilin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı şəraitində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Bakı Biznes Mərkəzində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin yekun tədbiri keçirilib.
Bu tədbir çərçivəsində RUGİM-in rəhbərlik heyətinin və respublikada fəaliyyət göstərən rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorlarının iştirakı ilə «dəyirmi masa» keçirilmişdir.
«Dəyirmi masa»da ekologiya, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.
Müzakirə olunmuş məsələlərin və gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı “Yaşıl Şəbəkə” programı çərçivəsində bütün sahələrdə əməkdaşlı­ğın genişləndirilməsi nəzərdə tutulub.
Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları 2018-ci birgə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını və bunun üçün öz səylərini əsir­gəlməyəcəklərini vurğulayıblar.
«Dəyirmi masa»da respublikanın 55 rayonunun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları iştirak etmişdir.

Firuzə Sultan-zadə,
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru


Tarix: 15-01-2018, 14:09

Xəbəri paylaş