2022–2026-cı illərdə 104 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub
2022–2026-cı illərdə 104 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib.
Bildirilib ki, 2022–2026-cı illər ərzində təşkil edilmiş sertifikatlaşdırma imtahanlarında ümumilikdə 104 435 müəllim iştirak edib. Bununla da ölkədə fəaliyyət göstərən bütün müəllimlər azı bir dəfə sertifikatlaşdırma prosesinə cəlb olunublar.
Tarix: Bu gün, 11:00
Xəbəri paylaş
