Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan məktəbliləri beynəlxalq turnirdə uğur əldə edib

Paytaxt məktəbliləri Gür­cüs­tanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.
Kikboksinq idman növü üzrə təşkil olunan Gürcüstan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb.
Yarışda I yerə sahib çıxan azərbaycanlı məktəblilərdən 3-ü Ermənistandan, 7-si Gür­cüs­tandan olan həmyaşıdları üzərində qələbə qazanıb.
Turnirdə həmçinin, "Ankara məktəbi" məktəb-liseyinin 1 şagirdi II, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 1 yetirməsi III yerə layiq görülüb.
Qaliblər müvafiq kəmər və diplomla təltif olunublar.
Turnirdə Azərbaycandan 36 məktəbli iştirak edib.
  Yarışda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan və Ermənistandan olan idmançılar mübarizə aparıblar.


Tarix: 4-08-2017, 13:04

Xəbəri paylaş