Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanda 5 yaşlı uşaqdan yeni rekord

 
Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məş­ğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.
Paşam Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb.
“Ağ Top” Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib.
  Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib.  


Tarix: 4-08-2017, 13:01

Xəbəri paylaş