Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun rektoru təhsillərini xaricdə davam etdirəcək tələbələrlə görüşüb

 
Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramı çərçivəsində Almaniyada 2 həftə müddətində təhsil alacaq ADNSU tələbələri ilə görüşüb.
Tələbə mübadiləsi sahəsində ADNSU-nun xarici ali təhsil ocaqları ilə əlaqələrinin genişləndiyini deyən rektor, professor M.Babanlı mübadilə sayəsində gənclərin xaricdə təcrübə keçməsinin artıq əlçatan olduğunu vurğulayıb. ADNSU-ya əcnəbi tələbələrin marağının artırılması və qarşılıqlı mübadilə prosesinin əhəmiyyətini qeyd edən rektor, M.Babanlı bunun üçün təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Xarici ölkədə təhsil almağın maraqlı olması ilə yanaşı eyni zamanda olduqca məsuliyyətli və şərəfli olduğunu diqqətə çatdıran rektor tələbələrlə öz təcrübəsini bölüşüb və bu məsuliyyətli yolda tövsiyələrini verib. Milli təəssübkeşliyin və vətənə bağlı olmağın çox önəmli olduğunu qeyd edən rektor M.Babanlı tələbələrə Azərbaycanı sərhədlərimizdən kənarda layiqincə təmsil etməyi və qarşı tərəfdən maraqlı ideyaları öyrənərək və biliklərini artıraraq vətənə dönməyi tövsiyə edib.
Qeyd edək ki, ADNSU-nun 15 nəfər tələbəsi mart ayının 11-dən 25-nə kimi təhsillərini Almaniyanın 4 universitetində davam etdirəcək. Universitetin bir tələbəsi isə Total təqaüd proqramı çərçivəsində 2020-ci ilə kimi təhsilini Fransanın Renn Ali Kimya Məktəbində davam etdirəcək.

   


Tarix: 23-02-2018, 10:11

Xəbəri paylaş