Nazirlik rəsmiləri Bilik Günü tədbirlərində

Sentyabrın 15-də ölkənin bütün ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə nazirliyin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Elvin Rüstəmov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov, nazirin müşavirləri Rüstəm Ağayev, Nizami Yusifli, Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova-Rzazadə, Uşaq və gənclərin inkişafı şöbəsinin müdiri Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva, Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, Daxili nəzarət şöbəsinin müdir müavini Xəqani Qurbanov, Strateji planlaşdırma və təhlil şöbəsinin müdir müavini Xuraman Mahmudova, Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, rəis müavinləri Günel Səfərova və Həbib Kərimov, Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Uşaq və gənclərin inkişafı şöbəsinin sektor müdiri Hilal Salmanov, Uşaq və gənclərin inkişafı şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Təhsilin iqtisadiyyatı şöbəsinin sektor müdiri Leyla Abbaslı, Məktəbəqədər və ümumi təhsil şöbəsinin sektor müdiri Gülüstan Cəfərova, Məktəbəqədər və ümumi təhsil şöbəsinin sektor müdiri Mehriban Bağırova, Məktəbəqədər və ümumi təhsil şöbəsinin sektor müdiri İlhamə Yılmaz-Qasımzadə, İnsan resursları sektorunun müdiri Lalə Əsgərli, Təhsil İnstitutunun direktor müavinləri Kənan Kərimli və İlham Cavadov, həmçinin rayon icra hakimiyyəti başçıları və nümayəndələri, ictimaiyyət təmsilçiləri, müəllim, şagird və valideynlər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə çıxış edən qonaqlar yeni tədris ili ilə bağlı gözləntilərini bölüşüb, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin yaxşılaşdırılması və məktəb mühitinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Çıxışlarda müəllimlərin peşəkar fəaliyyətinin, şagirdlərin bilik və bacarıqlarının inkişafının, eləcə də məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, 2026-2027-ci tədris ilində respublika üzrə təxminən 1,6 milyon şagird təhsil alacaq.
Tarix: Bu gün, 13:00
