Gürcüstan hökuməti gənclər üçün ödənişli təcrübə proqramı elan edəcək

Gürcüstanda sentyabrın 1-dən etibarən həm mərkəzi dövlət orqanlarını, həm də bələdiyyələri əhatə edən genişmiqyaslı, ödənişli dövlət təcrübə proqramı elan ediləcək.
Bu barədə Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani məlumat verib.
Ödənişli təcrübə üçün təxminən 3000 vakansiya elan olunacaq.
Layihədə bakalavr və magistr pilləsində təhsil alan tələbələr, eləcə də təhsilin bu pillələrindən məzunlar iştirak edə bilərlər.
Levan Jorjolianinin sözlərinə görə, bu, gənclərin təşəbbüsüdür, onlar regionlarda, öz şəhərlərində təcrübə keçməkdə maraqlıdırlar. Hökumət təşəbbüsə adekvat cavab verib və bələdiyyələrdən bu istiqamətdə kvotaları və vakansiyaları artırmalarını istəyib.
Tarix: Bu gün, 13:54
Xəbəri paylaş
