Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasından üç medalla qayıdıblar


Litvanın Kaunas şəhərində iyulun 24-30-da keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI) Azərbaycan məktəbliləri üç bürünc medal qazanıblar.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, bürünc medala layiq görülən şagirdlər Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Tuncay Paşayev, Bakı şəhər kimya-biologiya təmayüllü liseyin 9-cu sinif şagirdi Mahmud İsalı və Göyçay şəhər 3 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Vaqif Abdullayevdir.
Bu il 25 ölkədən 100 məktəblinin iştirak etdiyi olimpiada informatika sahəsində nüfuzlu beynəlxalq yarışlardan biri hesab olunur. Azərbaycan təmsilçiləri güclü rəqabət şəraitində uğurlu nəticə göstərərək medalçılar sırasında yer alıblar.
Azərbaycan məktəbliləri Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 2017-ci ildən iştirak edirlər. Bu müddət ərzində komanda 4 gümüş və 14 bürünc medal qazanıb.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu və “Azercell Telekom” arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.


Tarix: Bu gün, 16:15

Xəbəri paylaş