Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

DİM: 13 min 845 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub


Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, ixtisaslaşma seçimində iştirak edən 15 min 721 bakalavrdan 13 min 845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfəri dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10 min 510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada “https://my.gov.az/” platformasında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməmək bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.


Tarix: Bu gün, 18:09

Xəbəri paylaş