Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ali təhsil müəssisələrinin sərgisində 40 universitet təmsil olunur




Ali təhsil müəssisələrinin sərgisində 40 dövlət və özəl ali təhsil müəssisəsinin nümayəndələri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) aparat rəhbəri Vəfadar Misirov iyulun 29-da elektron imtahanlar korpusunda təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Aparat rəhbəri sərgidə ali təhsil müəssisələri ilə yanaşı, Dövlət İmtahan Mərkəzinin, “Abituriyent” jurnalının, “OTK.az” sınaq imtahanları portalının və “Psixoloq.az” psixoloji dəstək platformasının da stendlərlə təmsil olunduğunu söyləyib. Bildirib ki, sərginin əsas məqsədi abituriyentlərə ixtisas seçimi prosesində dəstək göstərmək, eyni zamanda, ali təhsil müəssisələrinin öz imkanlarını təqdim etmələri üçün platforma yaratmaqdır.
“Universitetlərin nümayəndələri sərgidə tədris proqramları, təhsil şəraiti, maddi-texniki baza, təqaüd imkanları və təhsil haqqı barədə məlumat verir, abituriyentlər və onların valideynləri ilə birbaşa ünsiyyət qururlar”, – deyə Vəfadar Misirov qeyd edib.
DİM rəsmisi deyib ki, sərgi iyulun 29-dan 31-dək davam edəcək. Sərgidə iştirak üçün 3 minə yaxın şəxs qeydiyyatdan keçib. Qeydiyyat DİM-in rəsmi internet səhifəsi vasitəsilə aparılır və iştirakçılar sərgiyə gələcəkləri tarix və vaxtı əvvəlcədən seçə bilirlər. Sərgidə iştirak ödənişsizdir və tədbirin həm abituriyentlərə, həm də ali təhsil müəssisələrinə mühüm fayda verəcəyi gözlənilir. Onun sözlərinə görə, sərgi abituriyentlərin gələcək peşə və ixtisas seçimi barədə daha dolğun məlumat əldə etmələrinə imkan yaradır.


Tarix: Bu gün, 10:47

Xəbəri paylaş