Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarına start verilib


Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarına start verilib. İmtahanda iştirak etmək üçün 369 abituriyent qeydiyyatdan keçib.

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanları 28 – 30 iyul tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçirilir.

Abituriyentlər rəsm fənnindən qabiliyyət imtahanı verirlər. İmtahanda A3 formatlı kağız üzərində gipsdən hazırlanmış antik başın karandaşla təsviri çəkilir. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər məqbul almış hesab olunurlar.

Qabiliyyət imtahanından məqbul qiymət alan şəxslər ixtisas seçimi zamanı elektron ərizələrində "Memarlıq" ixtisası ilə yanaşı, I ixtisas qrupunun digər ixtisaslarını da seçə bilərlər.

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2026-cı ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Memarlıq” adlı xüsusi buraxılışında verilib.




Tarix: Bu gün, 16:30

Xəbəri paylaş