Nazir: Mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq

Mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib. Nazir bildirib ki, tamştatlı müəllimlər sertifikatlaşdırma prosesinə bir daha cəlb olunmayacaqlar.
“Bununla yanaşı, nəticələrinə əsasən peşəkar inkişaf ehtiyacı müəyyən edilən müəllimlər üçün əlavə dəstək mexanizmlərinin və ixtisasartırma təlimlərinin təşkili mühüm əhəmiyyət kəsb edir. Təhsildə keyfiyyətin əsas təminatçısı olan müəllimlərin peşəkar səriştələrinin qiymətləndirilməsi və davamlı inkişafının təmin edilməsi məqsədilə sertifikatlaşdırma prosesinin müntəzəm və sistemli şəkildə həyata keçirilməsi ölkənin təhsil strategiyasının prioritet istiqamətlərindən biridir”, - deyə nazir əlavə edib.
Tarix: Bu gün, 11:40
