Müəllimlərin 29 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərib
2022–2026-cı illərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesində müəllimlərin 58 faizi uğur (30–50 bal) qazanıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib. Nazir bildirib ki, müəllimlərin 29 faizi yüksək nəticə (51 bal və yuxarı) göstərib. İkinci cəhddə keçid balını toplaya bilməyənlər (0–29 bal) təhsil verənlərin 9 faizini, 1-ci cəhddə keçid balını toplaya bilməyənlər (0–29 bal) təhsilverənlərin 4 faizini təşkil edib. 2026-cı il üzrə 20 229 nəfər müsahibədə iştirak edəcək.
Tarix: Bu gün, 11:00
Xəbəri paylaş
