“Ümumi təhsil haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib

Milli Məclis “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, məsələ parlamentin iyunun 19-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi dövlət ümumi təhsil müəssisələrində millilik və dünyəvilik prinsiplərinin daha da möhkəmləndirilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, dövlət məktəblərində təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi təklif olunur. Həmin tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Layihədə, həmçinin təhsilalanlar üçün müəyyən edilmiş geyim qaydalarına əməl olunmasının valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına daxil edilməsi nəzərdə tutulur.
Tarix: Bu gün, 17:08
Xəbəri paylaş
