Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Kitabxanaların ərazi baxımından lokallaşması, yerləşməsi prinsipini əsas götürsək, təsisatlar bütövlükdə bu sahədəki tələbatın heç 35 faizini yerinə yetirə bilmir. Ümumi nəzəri bir rəqəmdir. Real rəqəmə getdikdə bu kifayət qədər aşağıdır.
Bunu mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Milli Məclisdə keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
“Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir. Gələcəkdə isə əsas hədəf 100 faizlik əhatə səviyyəsinə nail olmaqdır. Hər kəsin kitaba, orada olan bilik mənbəyinə - elmi kitablara, elmi-kütləvi kitablara, nəşrlərə, dövri nəşrlərə, eyni zamanda, digər informasiya resurslarına əlçatanlığı təmin edilməlidir.
Tarix: Bu gün, 12:57
