Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib



Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq yüksək səviyyədədir.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə Türküstanda səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, iki ölkənin ali təhsil müəssisələri arasında fəal əməkdaşlıq inkişaf edir, birgə layihələr həyata keçirilir və akademik əlaqələrin genişlənməsinə təkan verən müntəzəm təhsil sərgiləri təşkil olunur.
E. Əmrullayev, həmçinin Türk dünyası üçün vahid təhsil məkanı yaratmaq istiqamətində birgə səylərin vacibliyini qeyd edib. O, diplomların qarşılıqlı tanınmasına, təhsil proqramları üçün akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsinə, elmi tədqiqatların inkişafına və onların maliyyələşdirilməsinə yeni yanaşmaların tətbiqinə xüsusi diqqət yetirildiyini bildirib.
Nazir ali təhsil sahəsində əməkdaşlığın, həmçinin tələbələrin və alimlərin akademik mobilliyinin daha da inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.


Tarix: Dünən, 16:49

Xəbəri paylaş