Emin Əmrullayev Türkiyənin milli təhsil naziri ilə görüşüb

Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə İstanbulda açılması planlaşdırılan ümumi təhsil müəssisəsi, eləcə də iki ölkənin peşə təhsili müəssisələri arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tarix: Bu gün, 20:08
Xəbəri paylaş

