Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb




İyunun 8-də Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşüb.
 
Görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də Türkiyə-Azərbaycan Universiteti çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
















Tarix: Bu gün, 20:06

Xəbəri paylaş