Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

Azərbaycanın ən yaşlı sakini hesab olunan 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova dünyasını dəyişib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran sakini 136 yaşlı Tamam Əzizova müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Bildirilib ki, o, son 5 gündür xəstəxananın reanimasiya şöbəsində müalicə alırdı.
Qeyd edək ki, Tamam Əzizova həyat yoldaşını gənc yaşlarında itirib və dörd övladını tək böyüdərək uzun, keşməkeşli ömür yolu keçib.
Tarix: Bu gün, 14:26
Xəbəri paylaş
