Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türkiyənin 47 universiteti dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alıb



Universitetlərdə təhsilin qiymətləndirilməsi üzrə yeni CWUR (“Center for World University Rankings”) reytinqi Türkiyənin 47 ali təhsil müəssisəni də ehtiva edir.
Dünya üzrə 2000 universitet, tədqiqat və təhsil müəssisəsinin CWUR reytinqi 95 ölkədən 21291 universitet və təhsil müəssisəsinin təhlili əsasında tərtib edilib.
Siyahı təhsilin keyfiyyətindən və məzunların işə qəbulundan tutmuş müəllim heyətinin nailiyyətlərinə, habelə tədqiqat məhsuldarlığına qədər yeddi obyektiv meyara əsaslanır. Reytinq genişliyi və müstəqil metodologiyası baxımından qlobal miqyasda universitetlərin rəqabət qabiliyyətini qiymətləndirmək üçün ən əhatəli meyarlardan biri hesab olunur.
Ankaranın Hacettepe Universiteti CWUR reytinqində Türkiyə universitetləri arasında birinci yeri tutaraq 666-cı pillədə qərarlaşıb.
İlk 1000 universitet arasında İstanbul Universiteti (707-ci), Ankara Universiteti (733-cü), Orta Şərq Texniki Universiteti (ODTÜ) (736-cı), Boğaziçi Universiteti (785-ci), İstanbul Texniki Universiteti (813-cü), Mərmərə Universiteti (939-cu) və Koç Universiteti (989-cu) da yer alır.
ABŞ-nin Harvard Universiteti qlobal universitet reytinqində birinci yerdədir. Massaçusets Texnologiya İnstitutu, Stanford Universiteti, Kembric Universiteti və Oksford Universiteti də ilk beşliyə daxil edilib.
 


Tarix: Bu gün, 14:34

Xəbəri paylaş