Elm və təhsil nazirinin Gəncədə vətəndaş qəbuluna qeydiyyatı başlandı

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Gəncə, Samux və Kəlbəcər sakinləri iştirak edə bilərlər.
Bu şəhər və rayonların sakinləri iyunun 8-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytında elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Tarix: Bu gün, 11:28
Xəbəri paylaş
