Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

DİM: Apellyasiya Komissiyası 1394 şagirdin 1690 yazı işi ilə bağlı düzəliş edib

Martın 9-da və 15-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 7487 şagird 19895 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirlib ki, bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib. Müraciətlərin 186-sı boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 356-sı isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılmış və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılmışdır. Şagirdlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat göndərilib.
Apellyasiya Komissiyası tərəfindən 1394 şagirdin 1690 (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,06%-i) yazı işi ilə bağlı düzəliş edilib və bu düzəlişlərdən 508-i yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. Müvafiq düzəlişlər mayın 25-26-da şagirdlərin şəxsi kabinetlərində yekun ballarında öz əksini tapacaq.
Qeyd edək ki, martın 9-da və 15-də keçirilmiş imtahanlarda ümumilikdə 115000-dən çox şagird iştirak edib və bu şagirdlər 2,7 milyondan çox yazı işi yerinə yetiriblər.


Tarix: Bu gün, 17:44

Xəbəri paylaş