Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb






Emin Əmrullayev Londona səfəri çərçivəsində Quacquarelli Symonds (QS) reytinq agentliyinin təsisçisi və prezidenti Nunzio Kvakvarelli ilə görüş keçirib.
 
Görüş zamanı QS reytinqlərində Azərbaycan universitetlərinin mövcud göstəriciləri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, ali təhsil sahəsində qlobal rəqabətliliyin gücləndirilməsi məqsədilə növbəti dövrdə müxtəlif istiqamətlər üzrə həyata keçirilməsi planlaşdırılan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
 
Tərəflər arasında, həmçinin gələn ay Budapeşt şəhərində keçiriləcək Avropa Ali Təhsil Sammiti çərçivəsində Azərbaycan nümayəndə heyətinin iştirakı və universitetlərimizin ölkə pavilyonunda təmsil olunması məsələləri də müzakirə edilib.


Tarix: Bu gün, 13:56

Xəbəri paylaş