Emin Əmrullayev Şimali İrlandiyanın Belfast Kraliça Universitetində olub

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali İrlandiyanın Belfast Kraliça Universitetini (Queen's Belfast University) ziyarət edib.
Səfər çərçivəsində universitet rəhbərliyi ilə geniştərkibli görüş keçirilib. Görüşdə ali təhsil sahəsində əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişafı, elmi-tədqiqat və akademik mübadilə imkanları müzakirə olunub.
Nümayəndə heyəti həmçinin universitetin kampusu, tədris auditoriyaları və tədqiqat mərkəzləri ilə tanış olub. Universitetdə tətbiq olunan müasir təhsil yanaşmaları və innovativ infrastruktur barədə məlumat verilib.
Tarix: Bu gün, 13:54
Xəbəri paylaş
