Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BMU tələbəsi magistraturaya qəbul imtahanında respublika ikincisi oldu


Dövlət İmtahan Mərkəzinin mayın 17-də keçirdiyi magistraturaya qəbul imtahanının II cəhdinin nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi İsmayıl Əliyev yüksək nəticə göstərib. BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin  “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə sonuncu kurs tələbəsi İsmayıl Əliyev 91.5 bal toplayaraq respublika üzrə ikinci olub. 

İsmayıl Əliyevin əldə etdiyi yüksək nəticə BMU-da informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində həyata keçirilən keyfiyyətli tədris prosesinin və tələbələrin peşəkar hazırlığının göstəricisidir. 

Gələcək təhsil planlarından danışan İsmayıl Əliyev magistr təhsilini də BMU-da davam etdirmək niyyətində olduğunu bildirib. O, magistratura səviyyəsində “Bulud və şəbəkə infrastrukturu” ixtisası üzrə təhsil almağı hədəflədiyini qeyd edib.


Tarix: Bu gün, 10:35

Xəbəri paylaş