Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun prorektoru ETN əməkdaşları üçün LLM texnologiyalarına dair təlim keçib


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elm və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılov Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Dövlət Qurumlarında LLM-lərin Tətbiqi: Fürsətlər, Risklər və Praktik İstifadə” mövzusunda informativ təlim keçib.

Təlim zamanı böyük dil modellərinin (LLM) dövlət idarəçiliyində tətbiq imkanları, süni intellekt əsaslı həllərin idarəetmə proseslərinə təsiri, məlumat təhlükəsizliyi, etik risklərvə praktiki istifadə nümunələri iştirakçılara təqdim olunub. Həmçinin dövlət qurumlarında süni intellekt texnologiyalarının səmərəli və məsuliyyətli istifadəsi ilə bağlı beynəlxalq təcrübələr barədə ətraflı məlumat verilib.

İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb və müxtəlif rəqəmsal alətlərin praktik tətbiqi nümayiş etdirilib.
Qeyd edək ki, təlimin əsas məqsədi dövlət sektorunda çalışan əməkdaşların süni intellekt texnologiyaları barədə bilik vəbacarıqlarının artırılması, innovativ yanaşmaların təşviqi və rəqəmsal transformasiya prosesinə töhfə vermək olub.
 
  •  
  •  
  •  
  •  


Tarix: 20-05-2026, 12:39

Xəbəri paylaş