Universitetlərimizin THE beynəlxalq reytinqindəki göstəriciləri müzakirə olunub

Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə baş icraçı direktoru Fil Beyti ilə görüşüb.
Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE beynəlxalq reytinqlərində mövcud təmsilçilik göstəriciləri, son illərdə əldə olunan irəliləyişlər və universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.
Tərəflər Azərbaycan universitetlərinin beynəlxalq akademik nüfuzunun gücləndirilməsi və qlobal reytinqlərdə daha yüksək nəticələr əldə etməsi baxımından əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Tarix: 20-05-2026, 09:35
Xəbəri paylaş
