Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev OECD-nin təhsil və bacarıqlar üzrə direktoru ilə görüşüb




Elm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüş keçirib.
 
Görüş zamanı Azərbaycan ilə OECD arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə olunub. Tərəflər xüsusilə şagird nailiyyətlərinin qiymətləndirilməsi, təhsildə keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi və müasir bacarıqların inkişafı sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
 
Görüşdə beynəlxalq qiymətləndirmə mexanizmlərinin təhsil siyasətinin formalaşdırılmasında rolu qeyd olunub, məlumat əsaslı qərarvermə və təhsildə innovativ yanaşmaların tətbiqi istiqamətində birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib.


Tarix: 20-05-2026, 09:00

Xəbəri paylaş