Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev Londonda UNESCO nümayəndəsi ilə görüşüb


Elm və təhsil naziri Emin Əmrullayev Londonda təşkil edilən Dünya Təhsil Forumu çərçivəsində UNESCO-nun Baş direktorunun yeni təyin olunmuş təhsil üzrə müavini Qun Şen ilə görüş keçirib.
 
Görüş zamanı tərəflər təhsil sahəsində mövcud əməkdaşlıq, qlobal təşəbbüslərdə birgə iştirak istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
 
Görüşdə təhsildə innovativ yanaşmalar və dayanıqlı inkişaf məqsədləri istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı razılıq əldə olunub.


Tarix: 20-05-2026, 08:00

Xəbəri paylaş