Elm və təhsil naziri Beynəlxalq Bakalavriat təşkilatının baş direktoru ilə görüşüb

17–20 may 2026-cı il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Bakalavriat (IB) təşkilatının baş direktoru Olli-Pekka Heinonen ilə ikitərəfli görüş keçirib.
Görüş zamanı ümumi təhsildə məzmun və qiymətləndirmə islahatları ətrafında fikir mübadiləsi aparılıb, innovativ təhsil yanaşmaları və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.
Görüş iştirakçıları kompetensiyaəsaslı kurikulum yanaşmaları və şagirdyönümlü tədris modellərini də müzakirə ediblər. Həmçinin, müasir qiymətləndirmə yanaşmaları və şagird nailiyyətlərinin ölçülməsi sahəsində beynəlxalq təcrübə nəzərdən keçirilib.
Tarix: Bu gün, 14:14
Xəbəri paylaş
