Elm və təhsil naziri serbiyalı həmkarı ilə görüşüb
Mayın 18-də Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb.
Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.