Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev Londonda "Microsoft" nümayəndəsi ilə görüşüb


Mayın 18-də Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Microsoft" şirkətinin Qlobal Təhsil üzrə direktoru Dina Qobaşi arasında ikitərəfli görüş keçirilib.
 
Görüş zamanı təhsil sahəsində rəqəmsal transformasiya, süni intellekt həllərinin tədris prosesinə inteqrasiyası, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafı və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. 
 
Tərəflər həmçinin "Microsoft" şirkətinin Azərbaycanda həyata keçirdiyi təşəbbüslərə də toxunublar. Şirkət tərəfindən "Rəqəmsal məktəb"də tətbiq edilən imkanların genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.


Tarix: Dünən, 23:32

Xəbəri paylaş